Oğlu şəhid olan ananı bu şəkildə təhqir etmək Azərbaycan qadınına yaraşmaz. Bunu SİA-ya açıqlamsında millət vəkili Jalə Əliyeva "jurnalist" Xədicə İsmayılovanın "Oğlunun meyiti üzərində bazarlıq etməyən anaya ehtiyacı var bu məmləkətin" fikirlərinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, X.İsmayılovanın bu fikirləri heç bir halda qəbul edilə bilməz: "Qadın nə qədər analıq duyğusundan məhrum və vicdansız olmalıdır ki, belə addım atsın. Hesab edirəm ki, Ceyhun Qubadovun anası əsl Azərbaycan qadını olaraq heç vaxt belə addım atma bilməz. Acılar içərisində çırpınan ananı bu şəkildə ittiham etmək ilk növbədə insanlığa və qadınlığa sığmayan bir məsələdir. Samirə Qubadova vətəndaşlıq borcunu yerərək xalqdan rica etdi ki, oğlunun ölümü üzərindən siyasi məqsədlər üçün istifadə edilməsin. Buna baxmayaraq bir qrup "vətənpərvər" bu ananı oğlunun meyiti üzərində bazarlıq edən qadın kimi qələmə vermək istəyirlər. Heç kim oğluna ondan çox yana bilməz. Ceyhun Qubadov bir Azərbaycan əsgəridir. Onun ölümü bütün xalqı kədərləndirir. Buna görə də ölümü üzərindən ucuz spekulyasiyalar heç kimə baş ucalığı gətirə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB