"Müsavatçılar Lənkərana heç də xoş niyyətlə gəlmirlər. Tərəfdaşları Əlikram Hümbətov da ölkəni parçalamaq kimi iyrənc siyasətini AXC-Müsavat hakimiyyətinə arxalanıb həyata keçirmək istəyirdi". Bunu yerli sakinlər SİA-nın Cənub bürosunun əməkdaşına Müsavat başqanı İsa Qəmbərin Lənkərana gəlişinə münasibət bildirərkən deyiblər.
Əməkdaşımızın verdiyi məlumata görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər 3 maşından ibarət tərəfdaşları ilə birlikdə Lənkərana gəlib burada aksiya keçirmək xəbəri şəhərdə gərginliyə səbəb olub. Sakinlər onun və tərəfdarlarının Lənkərana gəlməməsi üçün müxtəlif tədbirlər görməyə başlayıblar. Onlar bunun səbəbini müxalifətin daim ölkədə gərginlik yaratmaq cəhdi olduğunu göstəriblər.
İsa Qəmbərin Lənkəran şəhərinin giriş qapısı sayılan Liman qəsəbəsində pişvazına çıxan 150-yə yaxın qadın onun yolunu kəsərək yumurta atəşinə tutublar. Vəziyyətin gərgin olduğunu görən Müsavat başqanı geri dönməyə məcbur olub.
Əməkdaşımızın aldığı məlumata görə, İsa Qəmbər Lənkəranda təşkilatının yerli şöbəsini yaratmaq istəyində olub. Amma "yumurta qonaqlığı" onun bu arzusunu gerçəkləşdirməyə mane olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB