Rauf Zeyni: "Təqsirli insanlar öz cəzalarını almalıdırlar" MÖVQE

Rauf Zeyni: "Təqsirli insanlar öz cəzalarını almalıdırlar" MÖVQE

Biz dəfələrlə Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə ictimai monitorinqlər həyata keçirmişik. Bunu SİA-ya Milli Qeyri-hökumət təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni Azərbaycan əsgəri Ceyhun Qubadovun müəmmalı ölümünə münasibət bildirərkən söyləyib.

Forum prezidentinin sözlərinə görə, bu kimi məsələlərin hər biri təhlil olunmalı, araşdırılmalı və qiymət verilməlidir: "Çox təəssüflər olsun ki, ordumuzda xoşagəlməyən bu kimi hadisələr vətəndaş cəmiyyəti, Milli Qeyri-Hökumət Təşkilatları (QHT) forumu olaraq bizi də çox narahat edir. Profilaktik tədbirlər o qədər yüksək səviyyədə inkişaf etdirilməlidir ki, ordu da bu kimi halların qarşısı alınsın. Hesab edirəm ki, bu hadisədə təqsirli insanlar öz cəzalarını almalıdırlar. Bir sözlə haqq öz yerini tapmalıdır. Bu cür məsələlərdən siyasi alver məqsədi kimi istifadə edilməsinə qarşı da biz öz etirazımızı bildiririk. Bütün bunlar insanlarda çaşqınlıq yaratmağa və bir qrup insanların çirkin əməllərini həyata keçirməsinə hesablanıb. Son dövrlərdə Azərbaycanın milli ordusu həm texniki təchizat məsələsində həm ordunun formalaşmasında xeyli inkişaf edib. Biz hər an Ali baş komandan cənab İlham Əliyevin əmri ilə öz torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə