Sədaqət Vəliyeva: "Prezident İlham Əliyevin 10 illik idarəçiliyi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb"
"2003-2013-cü illər ərzində Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyilə tarixi nailiyyətlərə imza atıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimizin başçılığı ilə uğurla davam etdirilən sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası perspektivli tərəqqi üçün də əsaslı şərait yaradır. Ona görə də, əminliklə demək olar ki, Prezident İlham Əliyevin 10 illik idarəçiliyi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb". Bu fikirləri Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dövlət başçısı kimi verdiyi bütün vədlərin hamısını yerinə yetirib. S.Vəliyeva vurğulayıb ki, ölkə rəhbəri İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu sübut edib: "Ötən 10 il ərzində Azərbaycanda 1 milyondan artıq iş yerləri açılıb, yoxsulluğun səviyyəsi 5-6 dəfə azalıb, insanların gəlirləri dəfələrlə artıb, rihaf halı yüksəlib. Eyni zamanda, ölkədəki bütün çadır şəhərçikləri ləğv edilib, sosial əhəmiyyət kəsb edən bir sıra proqramlar da reallaşdırılıb. Bununla yanaşı, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və "Eurovision-2012" mahnı yarışmasına ev sahibliyi etməsi də uğurların sırasına daxildir. Əlbəttə ki, Azərbaycan xalqı üçün sevincli hadisələrdən biri də Ramil Səfərovun həbsdən azad olunması ilə bağlı idi. Çünki, Azərbaycan zabitinin Macarıstanda ömürlük həbsə məhkum edilməsinə baxmayaraq, Prezident İlham Əliyev iradəsini ortaya qoyaraq, onun azadlığa qovuşmasına nail oldu. Bununla da, cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha isbat etdi".
Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyevin 10 il ərzində Azərbaycan dövlətinin və xalqının yüksək nailiyyətlər qazanmasında misilsiz xidmətləri olub: "Əminik ki, xalqımız bundan sonrakı illərdə də dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyilə inkişaf etməsi üçün növbəti dəfə siyasi iradəsini ortaya qoyacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB