Rauf Mərdiyev: “Hər bir əsgərimizin ölümü bizi dərindən sarsıdır”

Rauf Mərdiyev: “Hər bir əsgərimizin ölümü bizi dərindən sarsıdır”

Hərbi xidmətdə olan əsgərimiz Ceyhun Qubadovun ölümü bizi dərindən sarsıtdı. Bunu SİA-ya açıqlamasında "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib.

Onun sözlərinə görə, bu hadisə araşdırılmalı və ictimaiyyətə açıqlama verilməlidir. Həmçinin günahkarlar cəzalandırılmalı və bu cür hadisələrin gələcəkdə baş verməsinin qarşısı alınmalıdır: "Sosial şəbəkələrdən də göründüyü kimi cəmiyyətin böyük bir hissəsi bu məsələyə həssaslıqla yanaşır. Eyni zamanda, ictimai rəyin əsgər ölümləri məsələsinə yönəldiyi bir vaxtda bəzi "siyasi"qruplar var ki, insanların hissləri arxasında gizlənib özlərinə siyasi divident qazanmağa çalışırlar. Vaxtilə Ramil Səfərovu "cani" adlandıranlar bu gün müxtəlif bəyanatlar verirlər. Azərbaycan zabitinə hörmət etməyənlər, əsgərin qədrini biləcəkmi? Və ya indi insanları aksiyaya çağıranlar nə üçün ötən il azyaşlı həmvətənlərimiz Fariz və Aygünün erməni əsgərləri tərəfindən öldürülməsinə biganə qalmişdılar? Bu bir daha göstərir ki, həmin insanlar Azərbaycan əsgərini düşünmür, öz siyasi maraqlarını güdürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə