"Ölkə başçılarının bir dəfədən çox seçilmə mexanizmi müxtəlif ölkələrin idarəçilik sisteminin mahiyyət və formasından asılıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc bildirib. Onun sözlərinə görə, hər hansı bir şəxsin seçilməsinə məhdudiyyət qoyulması xalqın iradəsinin yasaq edilməsi anlamına gəlir: "Azərbaycan konstitusiyasının əvvəlki variantında təsdiq olunmuşdu ki, bir şəxs ardıcıl olaraq 2 dəfədən artıq prezident seçilə bilməz. 2009-cu ildə keçirilən referendumdan sonra bütövlükdə bu məsələ öz həllini tapdı. Bununla da konstitusiya bir şəxsə istənilən qədər seçilmək hüququnu verir. Bu heç bir halda demokratiyanı məhdudlaşdırmır. Əksinə, ikinci prezidentlik dönəmində çalışan şəxsin növbəti mərhələdə daha peşəkarlıqla ölkəyə rəhbərlik etməsi üçün şərait yaradır. ABŞ-da ikinci dönəmə seçilən prezidentlərin əksəriyyəti son ili formal şəkildə ölkəyə rəhbərlik edirlər. Çünki həmin prezident düşünür ki, növbəti dəfə prezident seçilməyəcək. Məsələnin xalqın iradəsinə buraxılması o deməkdir ki, bu seçimdir. Əgər iki prezidentlik dönəmində xalqın narazılığı varsa və digər bir namizəd daha üstün mövqeyə gəlirsə həmin şəxs prezident seçilə bilər. Azərbaycan situasiyasından baxılarsa, iki prezidentlik dönəmini keçirən və ölkənin milli maraqlarını regional və beynəlxalq əlaqələrini gücləndirən, onun stabilliyini qoruyub inkişaf etdirən prezidentimiz üçüncü dönəm üçün xalqdan səs alacaqsa bu iradədən yüksək konstitusiya tanınmır. Belə olan təqdirdə də hər kəs xalqın bu iradəsinə hörmətlə yanaşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB