Allahşükür Paşazadənin II Qareginlə görüş məsələsinə rəsmi aydınlıq gətirilib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin ermənilərin katolikosu II Qareginlə görüşü məsələsinə rəsmi aydınlıq gətirilib. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, son günlər erməni mətbuatında bütün ermənilərin katolikosu II Qaregin tərəfindən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə ünvanlanmış Azərbaycan və Ermənistan dini liderlərinin növbəti görüşünün Azərbaycan-Ermənistan təmas xəttində keçirilməsi barədə təklif müxtəlif formalarda yozulur.
QMİ bəyan edir ki, Paşazadə Gürcüstana səfəri zamanı Tbilisidə olarkən erməni kilsəsinin Gürcüstan yeparxiyasının yepiskopu Vazgen Mirzəxanyan ona II Qareginin yuxarıda göstərilən təklifini çatdırıb və görüşün, erməni mətbuatının iddia etdiyi kimi, nə cəbhə xəttində, nə də Dağlıq Qarabağ ərazisində baş tutması təklifi olmayıb, söhbət yalnız Azərbaycan-Ermənistan təmas xətti məntəqələrinin birindən gedib.
QMİ bu şayiələri qətiyyətlə rədd edir, bunu erməni tərəfinin növbəti təxribatı kimi dəyərləndirir. Haqqında danışılan görüş yalnız Azərbaycan-Ermənistan təmas xəttində baş tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB