"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- Hikmət müəllim, Ermənistan tərəfi Xankəndi aeroportunu işə salacağı təqdirdə, rəsmi Bakının atacağı son addım nədən ibarət ola bilər?
- Bu tamamilə beynəlxalq hüquqa ziddi olan məsələdir. Azərbaycan respublikasınını sərhədləri suverən bir dövlət kimi BMT tərəfindən tanınıb. Bu sərhədlər içərisində Azərbaycan dövlətinin qərarlar qəbul etmək və öz hegemon iradəsini tətbiq etmək səlahiyyətləri vardır. Amma çox təəssüflər olsun ki, 21-ci əsrdə beynəlxalq siyasi münasibətlərin mənzərəsi ondan ibarətdir ki, bir sıra hallarda milli aktorlar və onların qəbul etdiyi qərarlar ayrı-ayrı hegemon aktorlar tərəfindən sıxışdırılır. Hesab edirəm ki, Xocalı aeroportu və onun ətarfında baş verənlər artıq Ermənistan-Azərbaycan münasibətləri çərçivəsindən kənara çıxır. Belə ki, əgər milli aktor kimi bu məsələ iki dövlət arasındakı konfilikt kimi qiymətləndirilərsə, o zaman heç şübhəsiz ki, ən qısa müddət ərzində Azərbaycan öz suverən hüquqlarını parktik olaraq həyata keçirə bilər. Amma təəssüf ki, bu gün ki, beynəlxalq münasibətlərin səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, milli aktorların qərarlarına təsir göstərilir. Bəzi hallarda isə bu ölkəmizin xeyrinə olmur. Buna görə də hesab edirəm ki, bu Ermənistanın iradəsi deyil, sadəcə kənardan idarə olunan iradədir və siyasi təzyiqdir. İlk növbədə bu məsələnin həll olunması ilə bağlı üzərlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ (DQ) münaqişəsinin həll edilməsi məsuliyyətini götürən və BMT-dən xüsusi mandat alan ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar (NATO) konkret addımlar atmalıdır. Biz bilirik ki, NATO lazım gələrsə, BMT TŞ-nın xüsusi mandatı ilə qətiyyətli addımlar atmağı bacarır. Məhz buna görə də Azərbaycan tərəfi əlindən gələni edir. 2012-ci ildə Azərbaycanın xarici siyasəti olduqca ciddi addımlar atdı. Mən bu gün heç də şübhə etmirəm ki, hansısa beynəlxalq təşkilatda hegemon ölkələr kimi səciyyələndirdiyimiz dövlətlərin diplomatik korpusları və yaxud siyasi elitasında Ermənistan-Azərbaycan, DQ problemi ilə bağlı informasiya qıtlığı yaransın. Hamı bilir ki, Ermənistan işğalçı dövlətdir və bu dövlət təkbaşına Azərbaycanın torpaqlarını işğal etməyib. Əgər bu gün sözün həqiqi mənasında beynəlxalq hüquq deyilən bir şey varsa və BMT xalqların, millətlərin iradəsinin təmsilçisidirsə, deməli bu məsələdə susmamalıdırlar. Azərbaycanın bundan sonra atacağı addımlara gəldikdə isə ölkəmiz dəfələrlə bəyan edib ki, bütün vasitələrlə uçuşların qarşısı alınacaq.
- Rüstəm İbrahimbəyov müsahibələrinin birində deyib ki, üzvü olduğu "Ziyalılar forumu"ndan heç kim namzədliyini irəli sürməsə belə çalışılacaq ki, "prezident seçkilərindəki neqativ hallar, fırıldaqçılıqlar" aradan qaldırılsın. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil. Eləcə də bu və ya digər formada siyasətlə məşğul olmaq və yaxud siyasi bəyanatlar verməyə onun nə mənəvi haqqı, nə siyasi yetkinliyi, nə də ictimai dəstəyi vardır. Ona görə də bu şəxs atdığı hər addımla cəmiyyətdə qeyri-ciddi bir imic formalaşdırmağa çalışır. R.İbrahimbəyovun son bəyanatı ilə kinorejissor və yaxud yazıçı obrazını Azərbaycan ictimaiyyətinin gözündə falçı obrazına çevirdi. Bir sözlə bu adam falçılıqla məşğul olur. Beləcə onun verdiyi bəyanatlardan da aydın oldu ki, heç bir şəkildə özünü ciddi ziyalı adlandıran şəxs bu cür bəyanatlar verməməli idi. Bu kimi falçılıqları 15-16-cı əsrdə ediblər. Deməli R.İbrahimbəyovun təfəkkürü hələ o dövrün zamanında qalıb. Bir sözlə bu insan "rəm atıb, fala baxaraq" nəsə proqnozlaşdırmağa çalışır. Bu məsələnin bir tərəfi. Digər məqam isə ondan ibarətdir ki, heç bir vətəndaş deyə bilməz ki, Azərbaycanda insanların hüquq və azadlıqları qorunmur. Buna sadəcə onların cəsarəti çatmaz. Əgər bu gün Azərbaycanda hər kəs öz fikrini müstəqil şəkildə ifadə etməyi bacarırsa, bunun özü elə demokratiyanın göstəricisidir. Ona görə də hesab edirəm ki, bu cür bəyanatlar və fikirlər sadəcə, R.İbrahimbəyov və onun kimilərin özünün ifşasına xidmət edir.
- Bildiyiniz kimi, ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar İctimai Palata daxilində təmsil olunan müxalifət nümayəndələri artıq bir-birlərinə qarşı təzyiqləri artırıblar. Necə düşünürsünüz, Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkilərə qatılmaq adı altında daha hansı məqsədləri güdür?
- Müsavat partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli artıq tükənən, bitən və taqətdən düşən insanlardır. O, keyfiyyətdə və düşüncədə olan insanları siyasətçi adlandırmaq olmaz. Çünki özünü partiya adlandıran o qurumların bir ictimai təşkilatın çətiri altında birləşməsi siyasətdən uzaq bir amildir. Biz dəfələrlə demişik ki, nə Müsavat, nə də ki, AXCP partiya deyil. Bunlar bir qrup ambisioz insanın yaratdığı istismarçı alətdir. Bu istismarçı alət isə öz növbəsində xalqın və dövlətin maraqlarına deyil, əksinə o qrupda təmsil olunan şəxslərin korporativ maraqlarına xidmət edir. Onlar arasında münasibətə gəlincə, bu sadəcə olaraq məhəllə uşaqlarının davasına bənzəyir. Yəni, onlar arasında olanların Azərbaycanın siyasi palitrasına heç bir aidiyyatı yoxdur. Sadəcə, bu iki qurup arasında daxili eqoizmin və sərhədsiz ambisiyanın təzahürü nəticəsində meydana gələn intriqalardır. Bu da təbii ki, Azərbaycan xalqını maraqlandırmır.
- Politoloq Hikmət Hacızadə deyib ki, aparıcı müxalif liderlər İsa Qəmbər və Əli Kərimlinin 2013-cü ilin prezident seçkisinə vahid namizədlə gedəcəyinə inanır. Bəs, siz necə düşünürsünüz?
- Bu sadəcə ucuz, siyasi spekulasiyadır. H.Hacızadə burada katalizator (qızışdırıcı) rolunu oynayır. Bəlkə də bu insan o məqsədi qarşısına qoyub ki, bununla nəsə əldə edə biləcək, amma hər şey əbəs yerədir. Bu cür bəyanatların seçki qabağı ictimai emosiyaları qızışdırması belə mümkün deyildir. Azərbaycan siyasətində emosional dövr bitib. Biz 1991-93-cü illərdə bu məsələ ilə tamamilə qurtarmışıq. Bu gün Azərbaycanda soyuqqanlı və intelektual siyasi mübarizə gedir və tərəflər çoxdan müəyyənləşib. Burada lokomotiv güc Yeni Azərbaycan Partiyası (YAP), aparıcı lider isə onun sədri cənab İlham Əliyevdir.
- Hikmət müəllim, hətta belə bir fikirlər səsləndirilir ki, cənab İlham Əliyev 3 ildən artıq yenidən prezident seçilə bilməz. Ümumiyyətlə, seçki prosesi bizdə və xarici ölkələrdə necə tənzimlənir ?
- Hər bir ölkənin siyasi ssiteminin keyfiyyətini və onun formasını, ölkənin konistusion hüquqları müəyyənləşdirir. Azərbaycan respublikasının konstitusiyasında kimin neçə dəfə prezident seçilməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur. Bu məhdudiyyət 2009-cu ildə keçirilən referendumda artıq aradan götürülübdür. Əgər biz demokratiyanı çoxluğun iradəsinin hakimiyyəti və yaxud xalqın siyasi iradəsinin təcəllisi kimi görürüksə, onda burada xalqın iradəsini məhdudlaşdıracaq hansısa qərarın qəbul olunmasını düzgün hesab etmirik. Xalqın iradəsinin rəsmi əksi də referendumda öz əksini tapıb və ölkə konstitusiyasına daxil edilib. Bu istiqamətdə siyasi diskusiyalar açmağın nə hüquqi, nə ictimai, nə də sosial əsası vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB