Cümşüd Nuriyev: "Qanunu pozan istənilən şəxs saxlanıla bilər"

"Ancaq bir dövlət olaraq tərbiyəmizin girovuna çevrilmişik"
Cümşüd Nuriyev: "Qanunu pozan istənilən şəxs saxlanıla bilər"

Azərbaycanda diplomatik xidmət aparan bəzi xarici ölkələrin səfirləri özlərini beynəlxalq hüquq normalarını qulaqardına vuran şəxs kimi aparırlar. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev Rüstəm İbrahimbəyovun hava limanında texniki səbəblərdən paspotunun saxalanması və bu zaman bəzi səfirlərin məsələyə müdaxilə etməyə cəhdinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün bunlar Azərbaycan tərəfinin həddən artıq mədəni olmasından irəli gəlir: "Azərbaycan bir dövlət kimi özünə hörmət qoyur. Eyni zamanda ölkəmizdə olan diplomatik nümayəndələrə Vyana konvensiyasına uyğun olaraq toxunulmazlıq imunitetinə əməl edir. Ancaq bir dövlət olaraq tərbiyəmizin girovuna çevrilmişik. Ona görə, hərdən Azərbaycanın daxili işinə qarışırlar. Qanunu pozan istənilən ölkə vətəndaşı hər yerdə saxlanıla bilər və sorğu sual edilə bilər. Bunun üçün də Azərbaycanı kimsə ittiham edə bilməz. Təəssüf ki, beynəlxalq hüquqlar həmin ölkələrin özlərinə sərf edən zaman yada düşür".

Bütün xəbərlər Facebook səhifəmizdə