BMT baş katibi Bəşər Əsədin planını tənqid edib

BMT baş katibi Bəşər Əsədin planını tənqid edib

BMT baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədin böhrandan çıxışa dair planını tənqid edib. SİA-nın verdiyi xəbərə görə, Bəşər Əsəd planında xarici dövlətlərdən terrorçuları maliyyələşdirməyə son qoymağı tələb etmək, milli dialoqa dair konfrans çağırmaq, yeni hökumət yaratmaq, yeni konstitusiya hazırlamaq və ümummilli amnistiya elan etmək nəzərdə tutulur.

Əsədin planına cavab olaraq BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki bildirib:"Baş katib hesab edir ki, Bəşər Əsədin çıxışı Suriya xalqının əziyyətlərinə son qoyacaq nizamlanmaya xidmət etmir. BMT baş katibi Əsədin ölkənin bütün qüvvə və təbəqələrinin iştirakı ilə Suriya keçid hökumətinin yaradılması planına biganə yanaşmasından məyus olub. Bu plan BMT və ƏDL-nın xüsusi nümayəndəsi Lahdar İbrahimi tərəfindən irəli sürülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə