Qabon səfərini davam etdirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin dünən verdiyi açıqlamalara münasibət bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ərdoğan hazırda Əsədin zorla ayaqda durmağa çalışan bir adam vəziyyətində olduğunu və zülmlərini davam etdirdiyini deyib: "Bombalarla, təyyarələrlə xalqını bombalayaraq öldürən bir insanın tövsiyələrinin demokratik olması düşünülə bilməz. Qarşısındakıları "Əl Qaidə"çi və ya terrorçu deyə göstərərək hədəfi yanıltmağa çalışır".
Ərdoğan Əsədin dövlət terroru həyata keçirdiyini və bu terror nəticəsində 50 min insanın öldüyünü bildirib: "600 min civarında insan Suriyanı tərk edib. Suriya içərisində 2,5 milyon qaçqın var. Demokrat olan birisi bunu edərmi? Bunu dövlət terroru həyata keçirən bir adam edir".
Baş nazir Əsəd üçün bir çarənin qaldığını vurğulayıb: "O da xalqın iradəsinə hörmət etmək və xalqın iradəsi nəyi tələb edirsə, ona əməl etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB