Ağ Evin rəsmi saytında Türkiyə hökumətinə ünvanlanmış imzatoplama təşkil olunub. SİA-nın sayta istinadən verdiyi xəbərə görə, rəsmi Ankara heç bir şərt irəli sürmədən öz sərhədlərini Suriya erməniləri üçün açmağa çağırılır. Müraciətdə deyilir ki, Suriyadan Ermənistana yol Türkiyədən keçir və 1993-cü ildən Türkiyə-Ermənistan sərhədi bağlı olduğu uçun bu, qaçqınlar üçün böyük problem yaradır. Hazırda kampaniya çərçivəsində 100-ə yaxın imza toplanılıb. Fevralın 4-ə kimi davam edəcək kampaniya çərçivəsində bu rəqəmin 25 minə çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB