Xarici işlər naziri Əhməd Davudoğlu Yunanıstanın Egey dənizində neft axtarmağa başlaması ilə bağlı açıqlama verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, nazir bu fəaliyyəti diqqətlə izlədiklərini deyib: "Bu mövzu Yunanıstan mətbuatına çıxmadan əvvəl də Yunanıstanla aramızda əlaqə kanalları mövcuddur. Dəyərli dostum Dmitri ilə son görüşlərimizdə Türkiyə-Yunanıstan əlaqələrindən danışdıq. Belə kritik dövrlərdə birtərəfli addımlardan çəkinməyin vacib olduğunu düşünürük. Türkiyə ilə Yunanıstan arasında uzun müddətdir davam edən müzakirələr var. Əlaqələrimizdə müsbət bir atmosfer var. Bu səbəbdən bütün addımları məsləhətli şəkildə atmağımız böyük əhəmiyyət daşıyır. Təbii ki, hər kəs öz milli mövqeyini bilir, qarşılıqlı tezislərimizi bilirik. Belə vəziyyətdə Türkiyə də uyğun addımlar atar, amma buna ehtiyac olmayacağına ümid edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB