Saakaşviliyə ultimatum veriləcək

Saakaşviliyə ultimatum veriləcək

Gürcüstan prezident Mixail Saakaşvilinin istefası tələbi ilə bu gün onun Avlabardakı iqamətgahının qarşısında və regionlardakı inzibati binaların yanında etiraz aksiyası keçirilib. SİA-nın xəbərinə görə, bu barədə "Tetrebi" partiyasının lideri Temur Şaşiaşvili bildirib.

Onun sözlərinə görə, əgər sabahkı aksiyadan sonra prezident istefaya getməyəcəksə, onda yanvarın 20-də oxşar tələblə daha geniş miqyaslı aksiya keçiriləcək. "Saakaşvilinin ikinci prezidentlik müddəti 20 yanvarda bitir. Prezident bu vəzifəni saxta sənədlərlə tutub", - deyə Teymuraz Şaşiaşvili vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə