Dövlət başçısı Binəqədi rayonunda tikinti işlərinin gedişi ilə tanış olub

Dövlət başçısı Binəqədi rayonunda tikinti işlərinin gedişi ilə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 30-da Bakının Binəqədi rayonu ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub. SİA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksinin layihəsinin baş planı əsasında prezidentə məlumat verib.

Bildirilib ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcək. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcək. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaq. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.

Dövlət başçısı inşaat sahəsini gəzib, tikintinin gedişi ilə maraqlanıb, müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə