Millət vəkilimiz Şimali Kiprin rəhbəri ilə görüşüb FOTO

Millət vəkilimiz Şimali Kiprin rəhbəri ilə görüşüb FOTO

Doğu Akdeniz Universiteti və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin dəvəti ilə Şimali Kiprdə səfərdə olan millət vəkili Aydın Mirzəzadə Şimalı Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşüb.

Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbə Cəfər Mənsimi SİA-ya bildirib ki, Mirzəzadə Şimali Kipr rəhbərinə Azərbaycanın hazırkı durumu, ölkənin daxili və xarici siyasətindəki uğurları, Ermənistanın torpaqlarımızın işğalı barədə məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı Kipr xalqının problemlərindən xəbərdardır və onu tezliklə həll edilməsini arzulayır.

Dərviş Əroğlu Azərbaycan xalqına dərin hörməti olduğunu və Azərbaycan dövlətinin uğurlarından sevindiyini bildirib.

Azərbaycanlı tələbələrin və turistlərin Kiprə marağını yüksək qiymətləndirdiyini, bunun Kipr və Azərbaycan xalqlarının dostluq münasibətinin təzahürü olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə