Suriya müxalifətinin lideri nədən imtina etdi?

Suriya müxalifətinin lideri nədən imtina etdi?

Suriya müxalifətinin lideri Moaz əl-Xətib Rusiya XİN-in Moskvaya səfər dəvətinə rədd cavabı verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qiyamçıların başçısı aldığı təklifə cavabında Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan Bəşər Əsəd rejiminə dəstək verdiyi üçün üzrxahlıq tələb edib.

Suriya müxalifətinin lideri Qətərin Əl Cəzirə telekanalına müsahibəsində deyib ki, Rusiya ilə danışıqlarda sərt mövqeni davam etdirəcək: "Biz açıq şəkildə izah etdik Moskvaya getməyəcəyik. Rusiya tərəfi ilə kompleks gündəlik hazırlandığı təqdirdə istənilən ərəb ölkəsində görüşə bilərik. İndi mən nazir Sergey Lavrovun Suriya xalqının hər hansı xarici müdafizə olmadan öz taleyini həll etməli olması ilə bağlı sözlərinə görə, üzrxahlıq istəyirəm. Rusiya müdaxilə edir. Suriyada əsl qətliam baş verir. Onlar (Rusiya) isə buna seyrçi kimi yanaşırlar".

Müxalifət lideri: "Əgər biz Suriya xalqının təmsilçisi deyiliksə, niyə onlar bizi dəvət edirlər. Niyə Rusiya vəhşi rejimi açıq şəkildə pisləməyib və Bəşər Əsədə prezident kürsüsünü tərk etməyin vaxtı çatdığını izah etməyib? Bu, danışıqlara başlamaq üçün prinsipial şərtdir", - deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə