Amerikanın Konnektukut ştatında 20 şagird və 7 müəllimin ölümü ilə nəticələnən son dəhşətli olay təkcə silah ətrafında kütləvi diskussiyalara yol açmadı, həmçinin insan azadlıqları barəsində fundamental təsəvvürləri xeyli dəyişmiş oldu. Artıq dini etiqadından, siyasi mövqeyindən və ictimai vəziyyətindən asılı olmayaraq hər kəs ictimai təhlükəsizliyin təmin olunması üçün alternativ yolların aranmasını vacib sayır. SİA-nın xəbərinə görə, bu haqda millət vəkili Zahid Oruc öz sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, hər ay odlu silahla törədilən belə kütləvi qətllər Amerikanın müvafiq statistikasında çox təhlükəli bir mənzərəyə səbəb olub: "Eyni gəlirli və təhsil səviyyəsinə görə, Avropa ölkələri ilə müqayisədə burada adam öldürmə göstəricisi 7 dəfə çox, onun silahla həyata keçirilmə faizi isə 20 dəfə artıqdır. Belə qanlı aksiyalardan sonra adamların təhsil müəssisələrində, kafe və barlarda və s. yerlərdə üstündə silah gəzdirməsi əleyhinə kampaniyalar genişlənsə də sonuc heç vaxt uğurlu olmur. Silah lobbiləri kifayət qədər güclüdür. Atıcılıq Assosiasiyalarına qarşı milli müqaviməti təşkil etmək o qədər çətindir ki, belə hərəkatlara öncüllük edənlər növbəti hədəf olacaqlarından qorxurlar. Başqa ölkələrdə oxşar cinayətlərlə əlaqədar hansı tədbirlər görülür?
Məsələn, ötən əsrin 80-cı illərində Kanadada belə şok doğuran qətllərdən sonra hökumət lisensiyalaşdırma və silaha sahib olmağın şərtlərini kifayət qədər sərtləşdirdi. Nəticədə cinayət və ölümlərin həm formasında, həm də kəmiyyətində böyük fərqlərə səbəb oldu. Amerika vətəndaşı nə üçün silaha mailk olmaq istəyir? Sayı 270 milyondan artıq olan odlu və döyüş silahlarının yaratdığı asayiş mühitində həqiqəqtənmi hər kəs özünü rahat və toxunulmaz hiss edir? Bu suallara birmənalı cavab çətindir".
Z.Oruc deyib ki, silah amerikalı mədəniyyətinin ayrılmaz bir hissəsinə, necə deyərlər, atributuna çevrilib: "Konstitusiyanın 2-ci maddəsi buna hüquq tanıyır və hələ ki, heç bir siyasi qüvvə onu dəyişmək gücündə deyil. Tiraniya və dövlət özbaşınalığından qorunmaq üçün meydana gələn belə leqallaşdırma tədbiri hətta bütövlükdə insanların köləlikdən və əsarətdən qurtuluşu yolunda mühüm mərhələ hesab edilir. Amerikalılar əvvəlcə ingilis imperiyasından xilas uğrunda, daha sonra yeni ərazilərin ələ keçirilməsi və irqi ayrı-seçkilyin aradan qaldırılması naminə daim vuruşlarda olmuşlar. Lakin azadlığa qovuşuğu təmin edən süngünü əldən vermək həyati mövcudluğu ilə vidalaşmaq kimi görünür. Halbuki fərdi özgürlüklərin müdafiəsinə ən böyük ziyanı məhz silahların yaratdığı dərin xof və qorxu hissi vurur. Prezident Kennedinin dəhşətli ölümü və son on illər ərzində dövlət və ictimai xadimlərin, konqresmen və senatorların qətli və ya sui-qəsdlərin təşkili sübut edir ki, silahlı azadlıq Ceffersonun, Vaşinqtonun yüksək insani ideallarından və cəmiyyət modelindən çox fərqli bir gerçəklik formalaşdırmışdır. Ən dəhşətlisi isə budur ki, dövlət heç də qədim kökləri daimi savaşlara dayanan bir toplumun deyil, müasir informasiya, kommunikasiya texnologiyalarının zombiləşdirdiyi nəsillərin psixoloji və sosial problemlərini qarşılaya bilməmişdir. İş ondadır ki, paranoik durumuna görə deyil,məşhurluq qazanmaq xülyası ilə günahsız insanlara qarşı odlu silahlardan atəş açılır, daha sonra ya intihar baş verir, ya da ki, hüquq mühafizə orqanlarının illərlə çəkən araşdırmaları dövriyyəyə girir. Norveçli Andrey Breyvikdə olduğu kimi, cinayət və cəza arasındakı qeyri-mütənasiblik,hüquq müdafiə qurumlarının şəbəkə halında cinayətkara əfv və azadlıq diləməsi əsil hüquqi nihilizmə gətirib çıxarmışıdır".
Millət vəkili hesab edir k, azadlığı avtomatların tətiyi altında təsəvvür edənlərin ideologiyası artıq iflasa uğrayıb: "İndi təkcə azyaşlı məktəblilər və müəllimlər deyil, həm də o yolu keçən dindar, satıcı, fəhlə də bu atəşlərə qurban gedər və deməli, hər kəs cinayətkarların qurbanı ola bilərdi. Amerikanın bu sınağı uğurla keçməsi köhnə-yeni prezidentin həyat testi və xalqın silahsız azadlığının başlıca təminatıdır. İndi öz həyatını qələmə alığı romana köçürən Ernest Heminquey həmvətənlərini "Əlvida silah" deməyə səsləyir. Əks halda kütləvi terroru doğuran "əcəl zəngi" və "ölüm marşı" qaçılmaz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB