Elçin Mİrzəbəyli: “Azərbaycan dövləti humanizm prinsiplərinə sayqı ilə yanaşır”
Azərbaycan prezidentinin imzaladığı sərəncam humanist addımdır. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin belə sərəncamlar imzalaması Azərbaycan dövlətinin humanizm prinsiplərinə sayqı ilə yanaşdığının göstəricisidir: "Azərbaycan hakimiyyəti siyasətini hər hansı bir qüvvəyə görə müəyyənləşdirmir. Əfv fərmanı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası yaradılıb. Komissiya müəyyən dövr ərzində sənədləri hazırlayır. Bu sənədlər də Prezidentə təqdim olunur və bunun əsasında müvafiq sərəncam imzalanır. İnsan hüquqları təşkilatlarının, xüsusən də Azərbaycan ombudsmanının, ölkəmizdəki hüquq müdafiəçilərinin rəyləri də əfv sərəncamlarında nəzərə alınır. Ümumiyyətlə, Prezident İlham Əliyev ilk dəfə deyil belə humanist addımlar atır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB