"Münasibətlərimiz hər iki ölkə xalqlarının mənafelərini əks etdirir"

Bidzina İvanişvili ölkə rəsmilər ilə görüşlər keçirir
"Münasibətlərimiz hər iki ölkə xalqlarının mənafelərini əks etdirir"

Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan prezidenti və digər ölkə rəsmilər ilə görüşlər keçirir. Bunu SİA-ya Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Gürcüstanın yeni hökumətinin rəhbəri ilə Azərbaycan-Gürcüstan münasibətlərinin bütün tərəfləri müzakirə olunacaq: "Görüşlərdə strateji münasibətləri şərtləndirən enerji sahəsində əməkdaşlıq, qonşuluq əlaqələri, bir çox beynəlxalq layihələrdə birgə iştirak, Azərbaycanla Gürcüstan arasında bir çox digər inteqrativ məsələlər barədə fikir mübadiləsi aparılacaq".

PA-nın rəsmisi deyib ki, iki ölkə arasında seçilmiş kurs qonşuluq münasibətlərini, hər iki dövlətin xalqlarının mənafelərini əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə