Qazaxıstan Dağlıq Qarabağ problemin sülh yolu ilə həllinin tərəfdarıdır
Azərbaycan və Qazaxıstan arasında arasında ticarət dövriyyəsi bu ilin oktyabrınadək 332 milyon dollar olub. SİA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Prezident Nursultan Nazarbayevin "Qazaxıstan-2050" Strategiyasına dair keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ticarət dövriyyəsi ilin sonunadək bir az da artacaq: "Ötən il təqribən 300 milyon dollar olub. Lakin gələcəkdə "Kaşağan" yatağında neftin hasilatından və nəqlindən sonra bu rəqəm dəfələrlə artacaq. Hazırda SOCAR və KazMuayQaz arasında neftin nəqli vasitələinə dair danışıqlar gedir.
Səfir Azərbaycanın iş adamlarını Qazaxıstana sərmayə qoymağa çağırıb: "Bizdə çox yaxşı investisiya mühiti var. Qazaxıstanda azad iqtisadi zonalar var və Azərbaycan iş adamları üçün bu ölkədə iş qurmaq çətin olmayacaq".
S.Primbetov Azərbaycan-Ermənistan münaqişəsənə də toxunaraq deyib ki, Qazaxıstan bu məsələdə problemin sülh yolu ilə həllinin tərəfdarıdır. İki ölkənin Müdafiə və Müdafiə Sənayesi nazirliklər arasında əlaqələr var. Lakin köklü və ciddi yeniliklər gözlənilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB