Ermənistan prezidenti Serj Sarkisyan "Rossiya 24" kanalına müsahibəsi zamanı bildirib ki, işğal altında olan Azərbaycan torpağı Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yardıma çağıracaq. Ermənistan prezidentinin sərsəm müsahibəsinə münasibət bildirən politoloq Cümşüd Nuriyev bildirdi ki, Ermənistan prezidenti qoşulduğu müqavilələrin şərtlərini belə bilmir: "KTMT-nın müqaviləsinin maddələrinə görə ancaq sərhədyanı narkotranzit, silah alveri, terrorizmin qarşısın almaqdır. Bu quruma daxil olan dövlətlər sərhəd boyu təhlükəsizliyi təmin edir. Həmçinin yeddinci maddəsində göstərilir ki, həmin dövlətlərin birinin ərazisinə işğal məqsədilə müdaxilə olsa, müqavilə hüquqi gücə malikdir. Azərbaycan Ermənistan sərhəddinə çıxmır".
ATƏT-in Mİnsk qrupunun müvəqqəti həmsədr vəzifəsinin icraçısı səfir Yan Kellinin təyin olunmasında münasibət bildirən politoloq bildirdi ki, indiyədək Minsk qrupu münaqişənin həlli istiqamətində heç bir addım atmayıb. Kimin təyin olunmasından asılı olmayaraq, Minsk qrupunda münaqişənin həllini axtarmaq xülyadır: "Bu addımla ABŞ Azərbaycana qarşı ikiüzlü siyasət yeritdiyini bir daha ortaya qoydu. Bu sırf ikiüzlü siyasətdir. Çünki qarşıdan prezident seçkiləri gəlir. Bu müddət ərzində Ermənistan prezidentindən nə isə tələb etmək olmaz. Bu gün Ermənistanda iqtidarla müxalifət arasında qarşıdurma güclüdür. Robet Köçaryan ilə Levon Ter Petrosyan birləşərək Serj Sarkisyanın hakimiyyətə gəlməsini əngəlləməyə çalışırlar. ABŞ öz gələcək planlarını həyata keçirmək üçün geri qalmış və savadsız olan Serj Sarkisyanı dəstəkləyir. Ona görə də düşünülmüş şəkildə Robert Bratkeni dəyişdi ki, müəyyən mənada vaxt qazansın. Burada deyiləcək ki, ABŞ-ın yeni səfiri problemlə tanış deyil və vaxt lazımdır ki, münaqişə ilə tanış olsun. Burada ABŞ-ın daha bir məqsədi var, Azərbaycanda keçiriləcək seçkilərdə prezident İlham Əliyevə siyasi təsir göstərsinlər. Ancaq bu "oxunmuş mahnı" olduğuna görə, Azərbaycana heç bir təsir göstərə bilməyəcək. Əksinə ABŞ-ın imicinə çox ciddi ziyan vuracaq. ATƏT-in Minsk qrupunun bütün həmsədrləri dəyişsə belə, bu təşkilatdan nə isə gözləmək olmaz. Azərbaycan hökuməti ATƏT-ə ödədiyi üzvlük haqqını dayandırmalıdır. Çünki bu təşkilat ikiüzlü siyasət yürüdür. Onların Ermənistana ilk olaraq səfər etmələri ərazi bütövlüyümüzə hörmətsizlikdir. Ümumiyyətlə Azərbaycan ATƏT-in həmsədrliyindən imtina etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB