Qaradağ Rayon icra hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Praqmatik siyasətin uğurları" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir iştirakçıları ilk olaraq ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına tər çiçəklər qoyublar.
Bundan sonra tədbir Qaradağ rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Qaradağ rayon icra başçısının müavini Mahmud Qubadov, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova, Ə.Əmirov adına NQÇİ-nin direktoru Ramin Quliyev və digər rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ulu öndərin həyat və fəaliyyətindən, tariximizdə oynadığı misiyyasından söhbət açıb: "Heydər Əliyev dühası Azərbaycan xalqını ağ günə çıxmasında əvəzedilməz şəxsiyyətdir. O, öz həyatını təhlükəyə ataraq Azərbaycanı yenidən inşa etmişdir. Bu gün onun qurub-yaratdığı ölkə yüksək səviyyədə inkişaf edir. Sevinc hissi ilə demək istəyirəm ki, onun layiqli davamçısı prezident İlham Əliyev bu xətti uğurla davam etdirir. Ötən illərdə olduğu kimi 2012-ci ildə də Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə çox böyük nailiyyətlər əldə edib. Prezidentimizin qarşıya qoyduğu məqsədlərdən biri də qeyri-neft sektorunun inkişafıdır. Bunun üçün sahibkarlığın inkişafı, yeni iş yerlərin açılması ən əsası isə insan kapitalının artırılması istiqamətində mühüm işlər görülür. Təkcə sahibkarlığın inkişafı üçün dövlət büdcəsindən 100 milyon manata qədər vəsait ayrılıb ki, bunun da əksəriyyəti həm sənaye həm də kənd təsərrüfatı sahəsinin payına düşür. Dövlət tərəfindən sahinkarlara güzəştli kreditlərin verilməsi qeyri-neft sektorunun inkişafına təkan verən mühüm amillərdən biridir. Ümumiyyətlə, iqtisadi sahədə aparılan bu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin başlıca məqsədi ölkənin, Azərbaycan xalqının sosial-rifah halının yüksədilməsidir".
A.Hüseynov əlavə edib ki, Azərbaycan beynəlxalq aləmdə apardığı siyasətlə dünyanın aparıcı dövlətlərindən birinə çevrilməkdədir: "2012-ci ildə ölkəmizin BMT TŞ-na qeyri-daimi üzv seçilməsi dövlətimizin siyasi sahədə qazandığı ən mühüm nailiyyətlərdən biridir. Bu sıraya 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya oyunlarını göstərə bilərik. İqtisadiyyat sahəsində uğurlar mühüm əhəmiyyət kəsb edir. Ölkənin ən böyük iqtisadi göstəricilərindən biri də TANAP layihəsinin həyata keçirilməsi idi ki, prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu layihə reallaşdırıldı. Artıq Azərbaycan regionda söz sahibinə çevrilib. Təkcə region iqtisadiyyatının 80 faizi ölkəmizə məxsusdur. Azərbaycanın dövlət büdcəsi Ermənistan və Gürcüstan dövlətinin dövlət büdcəsinin cəmindən iki dəfə artıqdır. Belə ki, Ermənistanın dövlət büdcəsi 3.4 milyard dollar, Gürcüstanda 5.6 milyard dollardısa Azərbaycanda bu 22 milyard dollar təkil edir. Bu gün Azərbaycan özünün iqtisadi proqramı ilə dünyaya nümunədir. Bir çox ölkələr Azərbaycan modelli iqtisadiyyatdan yararlanmaq üçün bu təcrübəni öyrənməyə çalışır. Ümumdaxili məhsul ildən-ilə artır. Son 10 ildə ölkəmiz hər il makroiqtisadi göstəricilər baxımından öz normativlərini yeniləşdirir və nailiyyətlərimiz daha yeni çalarlarla zənginləşir. Bu il bu göstərici 1.2 faiz artara 48.2 milyard manat təşkil edib. Gələn ilki seçkidə də xalqımız İlham Əliyevə səs verəcək. Çünki məhz bir lider olaraq İlham Əliyev bizi işıqlı gələcyə aparacaq. Xalqımız hər şeyi yaxşı anlayır. Ona görə də ölkənin çiçəklənməsi naminə yenidən ölkə başçısına etimad göstərəcək. YAP Qaradağ təşkilatı olaraq bizdə bu istiqamətdə səylərimizi artırırq".
Daha sonra tədbirdə iştirak edən Qaradağ rayon icra başçısının müavini Mahmud Qubadov söz alıb. O bildirib ki Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindədir: "Müstəqillik əldə edəndə ölkəmiz paraçalnma təhlükəsi ilə qarşılaşmışdı. Ancaq dahi öndər Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində bu problem aradan qaldırıldı. Ölkədə möhkəm əsaslara malik iqtisadi siyasətin əsası qoyuldu. Layiqli davamçısı İlham Əliyev tərəfindən isə bu siyasət davam etdirildi. Son 9 ildə neft gəlirlərindən düzgün istifadə nəticəsində qeyri-neft sektoru yüksək inkişaf edir".
Tədbirdə söz alan Heydər Əliyev Mərkəzinin direktoru Hicran Xəlilova bildirib ki, Azərbaycanı böhrandan və parçalanmadan məhz ulu öndər Heydər Əliyev xilas etdi. 2003-cü ildə xalq ulu ondərin layiqli davamçısı İlham Əliyevə etimad göstərdi. Bir çox layihələr həyata keçirildi. Ölkənin bütün sahələrinə aid proqramlar hazırlanıb həyata keçirildi. İş yerlərinin sayı artırıldı. Regionların inkişafına diqqət və qayğı artırıldı. Gələn ilki seçkilərdə xalq yenidən prezident İlham Əliyevi dəstəkləyəcək. Çünki İlham Əliyevlə ölkəmiz dünyada öz sözünü deyəcək. Bu gün ölkənin siyasi arenasında İlham Əliyevə alternativ siyasətçi yoxdur".
Ə.Əmirov adına NQÇİ-nin direktoru Ramin Quliyev isə çıxış edərək bildirib ki, İlham Əliyev mühüm xarici siyasət yeridir: "Bu gün Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur. Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməyimiz, beynəlxalq təşkilatlardan haq səsimizi dünyaya çadırmağımız bunu əyani sübutudur. Meksikada keçirilən Böyük 20-lərin sammitində, Seulda keçirilən nüvə siahına dair beynəlxalq konfranda İlham Əliyevin çıxışları və Ermənistanın ölkəmizə təcavüzü, ərazisində yerləşən atom elektirik stansiyasının törətdiyi təhlükə barədə bəyanatları bir daha ölkəmizi dünyada aparıcı yerlədən birini tutduğunu deməyə imkan verir. Bu gün Dövlət Neft Fondu yaradılıb. Fondun valyuta ehtiyyatları 45 milyard manat təşkil edir ki, gəlirlərindən hər bir Azərbaycan xalqı bəhrələnir. Hesab edirəm ki, növbəti seçkilərdə də xalq bunları nəzərə alaraq yenidən İlham Əliyevi ölkə başçısı postuna layiq görəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB