"2012-ci ilin uğurları Gənclərin gözü ilə"

"2012-ci ilin uğurları Gənclərin gözü ilə"

YAP Yevlax Rayon Təşkilatı gənclərin iştirakı ilə elmi-praktiki konfrans keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq 2012-ci il ərzində Respublikamızın dünya miqyasında qazandığı siyasi və iqtisadi uğurlarından, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı əvəzsiz xidmətlərindən geniş danışaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi 24 dekabr doğum günü münasibəti ilə Yevlaxlı gənclər adından təbrik edib.

Natiq vurğulayıb ki, Yevlax gəncləri dövlətimizin çiçəklənməsi, inkişafı istiqamətində Prezidentimizin atdığı hər bir addımı dəstəkləyir və öz liderinin ətrafində sıx birləşib. Sonra YAP Yevlax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov məruzə ilə çıxış edib. Yeni Azərbaycan Partiyasının bir qrup parçası olan Yevlax rayon Təşkilatının gənclərlə birgə həyata keçirdiyi layihələr, möhtəşəm tədbirlər slaydlar vasitəsilə gənclərin nəzərinə çatdırılıb.

Çıxış edən gənclər Rafiq Əliyev, Afaq Bayramova, Etibar Məmmədov və basqalari Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin əldə etdiyi uğurları eləcə də, YAP Yevlax Rayon Təşkilatının ardıcıl həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirərək qarşıdan gələn 2013-cü ildə də YAP-ın yeganə namizədi İlham Əliyevə dəstək olacaqlarını vurğulayıblar.

Sonda fərqlənən bir qrup Rayon Gənclər Birliyinin fəallarına və təşkilatla əməkdaşlıq edən medya orqanlarının nümayəndələrinə Fəxri fərmanlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə