"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun SƏS TV-yə müsahibəsi:
- "Freedoom House" təşkilatı Azərbaycana qarşı adətən qərəzli hesabatlar yayır. Onların belə mövqe sərgiləməsi bu təşkilatın müstəqil olmadığına əsas verirmi?
- Artıq Azərbaycanın siyasi dairələri "Freedoom House" təşkilatının bəyanatlarından təəccüblənmirlər. Çünki qurumun yaydığı bəyanatlarda Azərbaycan daim hədəfə alınır və ölkəmizə qərəzli münasibət göstərilir. "Freedoom House"-un mənimsədiyi əxlaqi dəyərlərdə qiymətləndirmək kreteriyalarına əməl olunmur. Bununla da bu təşkilat hər dəfə öz hesabatını yayanda Azərbaycana münasibət məsələsində özünü bir daha ifşa etmiş olur. Qeyd edim ki, bu təşkilat 1941-cı ildə yaradılıb. Əslində bu da müstəqil qurum kimi yaradılmayıb. O dövrdə Almaniyada fəaliyyət göstərən və faşizmi təbliğ edən Braun Houseyə qarşı yaradılan təşkilatdır. O dövrdən bu günə qədər fəaliyyət göstərir. Əsas etibarı ilə iki növ azadlıqla bağlı vaxtaşırı ayrı-ayrı ölkələrdə araşdırmalar aparır və hesabat yayır. Dünya miqyasında tanınmış təşkilatdır. Şübhəsiz ki, bu təşkilat uzun illərdir fəaliyyət göstərirsə, deməli mütləq hansısa maliyyə və iqtisadi mənbəyə bağlıdır. Əksər hallarda "Freedom House"-un mövqeyinin necə olmasında da məhz həmin maliyyə mənbələrinin rolu ciddi şəkildə hiss olunur. Məhz Nyu-York kimi şəhərdə böyük bir ofisin saxlanılması və təkcə bu ofisdə 150-dən çox işçinin çalışması, çoxsaylı ölkələrə ezam olunan "mütəxəssislər"in hesabat aparması ciddi iqtisadi təminat tələb edir. "Freedom House"un maliyyə mərkəzləri də öz siyasi məqsədləri üçün bu hesabatlardan istifadə edir. Ümumiyyətlə, XX əsrdə beynəlxalq münasibətlərdə faktor kimi təsbit edilən instutlardan biri də belə ictimai təşkilatlar və siyasi qurumlardır. Əksər hallarda bu təşkilatlar ayrı-ayrı mərkəzlərin siyasi maraqlarını təmin etmək üçün ideoloji mexanizim rolunu oynayırlar. Beynəlxalq münasibətlərin nəzəriyyəsini təhlil edəndə bu qrupları da təzyiq qrupları adlandırırlar. Hesab edirəm ki, "Freedom House" da belə təzyiq qruplarından biridir. Onun mövqeyinin əsasında obyektiv qiymətləndirmə kriteriyaları ilə təsbit edilmiş siyasi gerçəklik deyil, anti-Azərbaycançı, islamafob mərkəzlərin diqtəsi durur. Çünki açıq şəkildə bəllidir ki, hansı ölkədə hansı proseslər gedir. Bir dəfə də olsun "Freedom House" Ermənistanı ciddi şəkildə tənqid etməyib. Burdan da aydın görünür ki, təşkilatın məqsədi nədir. Onlara elə gəlir ki, əgər bir müsəlman ölkəsidirsə burada mütləq qanun və insan azadlıqları pozulmalıdır. Çünki onların arzuları budur. "Freedom House" da görmək istədiyini hesabatında yazıb.
- ABŞ səfiri təyin olunandan bu yana daha çox dağıdıcı müxalifətlə görüşür. Bir neçə gün öncə müxalifətlə bağlı qapılar arxasında görüş keçirildi. Bundan başqa Rusiya səfirinin bölgələrə səfər etməsi və azlıqlarla görüş keçirməsi, bütün bunların 2013-cü ildə keçiriləcək prezident seçkiləri öncəsinə təsadüf hesab oluna bilərmi?
- Azərbaycan üçün 2013-cü il çox əlamətdar bir ildir. Şübhəsiz ki, ayrı-ayrı səfirlərin bu və ya digər formada fəaliyyəti və görüşləri mütləq təmsil olunduğu dövlətin rəsmi mövqeyi kimi qəbul edilməməlidir. Nəhəng dövlətlər strateji platformada Azərbaycan kimi ölkələrlə əməkdaşlıq prinsiplərini çoxdan müəyyənləşdiriblər. Azərbaycanda bu əməkdaşlığın təmsilçisi xalqın siyasi iradəsini təmsil edən və rassional-leqal hakimiyyət kimi səciyyələnədirilən prezident İlham Əliyevin hakimiyyətidir. Ancaq hər bir strateji dövlətin maraqları ilə bərabər müəyyən taktiki gedişləri də olur. Tutaq ki, Azərbaycan tam qeyri-formal müstəqil bir dövlətdir. Aldığı qərarlarda heç kəsə bağlı deyil. Qərar qəbul edərkən yalnız və yalnız xalqın, dövlətin və milli maraqları əsas tutur. Ona görə də bu bəzi islamafob, anti-Azərbaycançı dairələri qıcıqlandırır. Ölkə başçısı dedi ki, bəzi dairələr var ətrafdakı ölkələrə müstəmləkə kimi baxmağa vərdiş ediblər. Bəzi islamafob mərkəzlər var ki, islam ölkəsinin bu cür sürətlə inkişaf etməsini həzm edə bilmirlər. Məhz beynəlxalq münasibətlərdə baş qaldırmış bu tendensiyalara nəzərən Azərbaycandakı hadisələri xarakterize etsək görərik ki, ayrı-ayrı xarici ölkələrin təmsilçilərinin bu cür görüşləri Azərbaycana təzyiq etməkdir. Bu dövlətlər belə təzyiq etməklə onun milli maraqlarına güzəştə getməsini təmin etməkdir. Bu milli maraqlar nədir? Bu gün Azərbaycan ciddi şəkildə müqavimət göstərir ki, Xocalıda hava limanı açılmasın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında qətiyyən heç bir güzəştə getmir. Azərbaycan torpaqlarının işğal altında olmasının böyük güzəşt kimi qiymətləndirir və mütləq beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlərimizi də, hakimiyyətimizin legitimliyini bərpa edəcəyi istiqamətində qəti və qərarlı addımlar atır. İşğalçı ölkəni iqtisadi blokadada saxlayır. Bütün bunlar da bəzi islamfobların və anti-Azərbaycançı dövlətlərin xoşuna gəlmir. Ona görə də ölkə daxilində formalaşdırdıqları V kolon və yaxud AXCP, Müsavat və onların yanında olan digər qruplar kimi təzyiq qruplarına bu şəkildə görüşlər keçirməklə Azərbaycan hakimiyyətindən milli maraqlarımızın əleyhinə güzəştlər qoparmağa çalışırlar. Ən pis cəhət ondan ibarətdir ki, AXCP və Müsavat və onların ətrafında olan siyasi ambisioz təzyiq qrupları elə bilirlər ki, onlar bu vasitələrlə hakimiyyətə gələcəklər. Bu şəkildə özlərini ictimaiyyətə təqdim etməklə siyasi dvident əldə etməyə çalışırlar. Amma ABŞ-da, onun səfiri də bilir ki, heç bir demokratik ölkədə hakimiyyəti başqa bir ölkənin direktivləri ilə, təzyiq qrupları vasitəsi ilə dəyişdirmək olmaz. Azərbaycan demokratik ölkədir. Siyasi şüurun qiymətləndirmə kriteriyaları olduqca obyektivdir. Həmçinin Azərbaycanda siyasətə münasibət olduqca şüurludur. Azərbaycan xalqı seçim etməyi yaxşı bacarır və artıq seçimini edibdir. Bütün xarici qüvvələr bunu yaxşı bilir. Ona görə də sadəcə, bu təzyiq qruplarını seçki öncəsi fəallaşdırmaqla milli maraqlarımızdan güzəşt qoparmağa çalışırlar ki, əlbəttə buna nail ola bilməyəcəklər.
- Ermənistan siyasi elitasında Serj Sarkisyana qarşı inamsızlıq var. Onlar düşünürlər ki, "Qarabağ Klan"ını təmsil edir və onların Ermənistana maraqlarlndan çox şəxsi maraqlarını üstün tuturlar. 2013-cü ildəki prezident seçkilərində yenilik olacaqmı və bunun Qarabağ münaqişəsinin həllinə hər hansı bir təsiri olacaqmı?
- Ümumən Ermənistanda keçirilən bu həngaməni heç cür seçki adlandıra bilmirəm. Çünki seçki deyilən məfhumun ayrı kriteriyaları, metodları, vasitələri və üsulları var. Ona görə də bu daha çox Ermənistanda kimin prezident təyin olunacağından söhbət gedir. Ermənistanda gedən siyasi mübarizə də kimin Rusiyanın daha çox rəğbətini qazanacağı platformasında aparılır. Kim daha çox Rusiyanın rəğbətini qazansa prezident olacaq. Qalan proseslər isə oyundan ibarətdir. Heç bir halda indiki şəraitdə şimal qonşumuzun Qafqazda real siyasi və iqtisadi rıçaqlara sahib olduğu bir dövrdə Ermənistanda hansısa proqressiv bir qüvvənin hakimiyyətə gələcəyinə inanmıram. Bu hadisənin baş verməsi üçün regionda beynəlxalq şərtlər dəyişməlidir. Beynəlxalq hərbi şərait dəyişməlidir ki, bundan sonra bəlkə doğrudan da növbəti mərhələdə Ermənistan xalqı öz iradəsinin təmsilçisini hakimiyyətə gətirə bilsin. İndiki şəraitdə bu mümkün deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB