"Gürcüstana və Ermənistana Azərbaycandan fərqli yanaşılır"

"Gürcüstana və Ermənistana Azərbaycandan fərqli yanaşılır"

"Azərbaycan Avropa Şurasına daxil olanda ölkəmizin qarşısına onlarla vəzifə qoyulmuşdu, indi isə, əlavə 50 yük qoymaq istəyirlər". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Spiker deyib ki, yeni öhdəliklər qəbul edilməməlidir: "Avropa Şurası Azərbaycana münasibətdə ikili standartlarla yanaşır. Gürcüstana və Ermənistana Azərbaycandan fərqli yanaşılır. Biz bütün öhdəlikləri yerinə yetirmişik. Təzə niyə öhdəliklər götürməliyik? Avropa Şurası ilə Azərbaycanın münasibətlərinə yenidən baxmağa ehtiyac yoxdur. Əsas odur ki, məsələ qaldırıb, monitorinqdən çıxmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə