"Münaqişələrin sülh yolu ilə nizamlanması yollarının axtarışı aparılır"

"Münaqişələrin sülh yolu ilə nizamlanması yollarının axtarışı aparılır"

"Bütün münaqişələrin öz formatları var və onun çərçivəsində münaqişələrin sülh yolu ilə nizamlanması yollarının axtarışı aparılır. GUAM təşkilatı üzv dövlətlərin uzun sürən münaqişələrin həlli zamanı beynəlxalq hüquq prinsiplərinin sözsüz və tam tətbiqinə əsaslanan mövqelərinin xeyrinə beynəlxalq cəmiyyətin dəstəyini səfərbər etmək üçün ondan asılı olan hər şeyi edir". SİA-nın məlumatına görə, bunu Bakıda keçirilən GUAM Parlament Assambleyasının V iclasının yekunlarına dair keçirilən mətbuat konfransında GUAM PA-nın baş katibi Valeri Çeçelaşvili deyib.

"Biz ümid edirik ki, mövcud mexanizmlər çərçivəsində bütün tərəflər müvafiq həllərin tapılması üçün öz səylərini aktivləşdirirlər. Təşkilatın dəqiq platforması var və həmin platforma ilə münaqişələrin nizamlanması mümkündür",- deyə baş katib çıxışına əlavə edib.

Baş katib onu da qeyd edib ki, bu, 2006-cı il mayın 23-də dövlət başçılarının Kiyev sammitində qəbul etdikləri xüsusi bəyanatdır: "Deyərdim ki, o, nəinki hələ aktuallığını itirməyib, əksinə həmin vaxtdan beynəlxalq münasibətlərdəki vəziyyətin inkişafı ilə bağlı daha da aktuallaşıb".

O, həmçinin təşkilat üzvlərinin Nyu-Yorkda qəbul edilməsinin zəruriliyini vurğuladıqları qətnamə layihəsi haqqında ayrıca fikir bildirib. Bu,"GUAM ərazisində həlli yubanan münaqişələr və onların beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsinə təsiri haqqında" qətnamə layihəsidir.

"Bu, mövqeyimizin tərəfdaşlarımıza səbrlə izah edilməsini tələb edən çox mürəkkəb işdir və düşünürəm ki, Azərbaycanda və Gürcüstanda münaqişələrin milli nümayəndə heyətləri tərəfindən tədqiq edilməsini nəzərə alaraq artıq bu gün bu qətnamə üzrə Baş Assambleyada (BMT) səsvermə zamanı həlledici əksəriyyəti əldə etmək ehtimalımız çox yüksəkdir", -o deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə