"Səfirin ölkədaxili proseslərə müdaxilə etmək hüququ yoxdur"

"Səfirin ölkədaxili proseslərə müdaxilə etmək hüququ yoxdur"

İstənilən ölkənin diplomatik nümayəndəsinin ölkədə gedən daxili proseslərə müdaxilə etmək hüququ yoxdur. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli müxalifət dairələrinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, adı çəkilən səfirin, eləcə də digər diplomatik nümayəndənin fəaliyyət göstərdiyi ölkənin daxili işinə müdaxilə etməsi ən azından diplomatik, etik qaydalarına zidd hərəkətdir: "Səfirin əsas fəaliyyəti dövlətin müvafiq hökumət orqanları ilə işləmək, ayrı-ayrı vətəndaş institutları ilə əlaqə saxlamaq və iki ölkə arasındakı münasibətlərin inkişafına yardım göstərməkdir. Heç bir səfir, diplomatik nümayəndə hər hansı bir ölkədə hakim rolunu oynaya bilməz. Azərbaycanda məhkəmələr də var, müvafiq instansiyalarda var".

Bütün xəbərlər Facebook səhifəmizdə