Hazırki iqtidardan aşkarlıq və hər bir məsələyə izahat tələb edən müxalifətçilər nədənsə öz fəaliyyətlərinə aydınlıq gətirmək istəmirlər. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə müxalifət dairələrinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarla görüşünə şərh verərkən belə deyib.
Millət vəkili fikrinin davamı olaraq belə görüşlərin tez-tez keçirilməsinə aydınlıq gətirməyə çalışıb: "Orada hansı məsələlər müzakirə edilir ki, bu, Azərbaycan cəmiyyətindən gizlədilir. Bundan əvvəl də müxalifətin ABŞ səfiri Riçard Morninqstarla görüşü baş tutub. Bu da, təbii ki, cəmiyyətdə xeyli sulların yaranmasına səbəb oldu. Burada görüşün nəyə görə baş tutmasına deyil, səfirlə görüşün təfərrüatları barədə cəmiyyətə heç bir məlumatın verilməməsi şübhələr doğurur. Müxalifət liderləri cəmi iki gün öncə səfirlə görüş keçiriblər. İndi həmin tərkibdə Morninqstarla yenidən görüşüblər. Bir məsələni də qeyd edim ki, görüşdə olanların hər biri 2013-cü il prezident seçkilərinə öz namizədliyini irəli sürüblər. Bəlkə onlar səfirdən xüsusi tapşırıq alırlar və yaxud xarici ölkə səfiri qarşısında hansısa bir öhdəlik götürürlər. Bu kimi məsələlər cəmiyyətdə kifayət qədər ciddi sullar doğurur".
A.Mirəzəzadə deyir ki, onsuz da onların gələn il keçiriləcək seçkilərdə elə də şanslı görünmürlər: "Çünki müxalifətin sosial bazası yoxdur. Hətta cəmiyyətin onlara marağı belə tükənib. Biz Azərbaycan siyasətçiləri xarici ölkə nümayəndələri ilə gizli görüşlərin, söhbətlərin məzmununu bilmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB