"GUAM-ın öz fəaliyyətində konkret nəticələrə gəlməsi çox önəmlidir. GUAM-a üzv ölkələr arasında əməkdaşlıq yetərli səviyyədə deyil. Əməkdaşlıq zamanı siyasi məsələlər nəzərə alınmalıdır. Üzv ölkələrin çoxunda münaqişələr mövcuddur və birgə fəaliyyət zamanı münaqişələrin həlli məsələsi vacib olmalıdır". SİA-nın məlumatına görə, bunu GUAM Parlament Assambleyasının V geniş tərkibli iclasında çıxışı zamanı Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
A. Əzimov onu da vurğulayıb ki, quruma üzv ölkələr arasında ticarət dövriyyəsi, biznes əlaqələri, xüsusilə də turizm sahəsində əməkdaşlıqla bağlı çoxlu görüləcək işlər var: "Bundan başqa biz yeni sahələr də tapmalıyıq, hansı ki o sahələr boş olaraq qalır və işlənilməyib".
Nazir müavini əlavə edib ki, Azərbaycan GUAM-a üzvlüyü dövründə bir neçə vacib təşəbbüslərlə çıxış edib, beynəlxalq aləmdə qurumun əlaqələrinin genişlənməsinə çalışıb. A. Əzimov ATƏT-in Minsk Qrupunun münaqişənin həll olunmasında nəzərəçarpan uğurlara imza atmadığını da deyib. O, həmçinin 2013-cü ildə Ukraynanın ATƏT-ə sədrlik edəcəyini xatırladaraq bu ölkənin GUAM platformasını həmin sədrlik dövründə daima diqqətdə saxlayacağına ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB