Dövlət başçısı akademik Roald Saqdeyevə “Dostluq” ordeni təqdim edib
Prezident İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul edib. SİA-nın məlumatına görə, dövlətimizin başçısı Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik Roald Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeni ilə təltif olunduğunu deyib və ordeni akademik Roald Saqdeyevə təqdim edib. Akademik Roald Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB