"İctimai Palata" böhran vəziyyətindədir. Millət vəkili Aydın Mirzəzadənin bu açıqlaması müxalifət düşərgəsində birmənalı qarşılanmayıb. Hətta, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bununla bağlı "facebook" sosial şəbəkəsində statusunda bunun həqiqətə uyğun olmadığına dair təbliğat aparmağa cəhd edib. Amma "İctimai Palata"nın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev mətbuata verdiyi son açıqlamasında bildirib ki, "İctimai Palata"da böhranlı vəziyyət yaranıb: "İctimai Palata"nın işində böhranlı vəziyyət yaranıb. Biz çalışırdıq ki, bunu ictimailəşdirməyək, lakin son toplantıda da heç bir nəticəyə gəlmədik. Baxmayaraq ki, bir neçə iclasdır ciddi müzakirələr gedir, təəssüf ki, prinsipial məsələlərdə konsensusa gələ bilmirik".
Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə ilə yenidən əlaqə saxladıq. A.Mirzəzadə SİA-ya açıqlamasında bildirdi ki, müxalifət təmsilçiləri müxalifət düşərgəsində böhranlı vəziyyətin olduğunu bizdən əvvəl bilirdilər: "Sadəcə olaraq bunu etiraf etməyə cəsarətləri çatmırdı. Eyni zamanda onlar ümid edirdilər ki, cəmiyyətin fikrini başqa yerə yönəltməklə bundan diqqəti yayında biləcəklər".
Millət vəkili qeyd etdi ki, "İctimai Palata" adlanan qurumun böhran keçirdiyi açıq-aydın görünürdü. Ona görə ki, onların cəmiyyətlə heç bir əlaqəsi yox idi. Belə bir palata yaratmaq özü artıq iflasın başlanğıcı idi: "Onların fəaliyyətləri ancaq qeyri-qanunu mitinqlər keçirmək və kiminsə namizədliyi ətrafında bütün qüvvələri birəşdirməkdən ibarət idi. Bu cəhdlər də alınmadı. Son məqsəddə "İctimai Palata" təmsil olunanlar biri, o birinin sosial bazasını ələ keçirmək yarışına girdikləri açıq aydın görünürdü. Hətta, seçkiyə xeyli qalmış onlar bir-birlərinin əlehinə bəyanatlar verməyə başladılar. Ən əsası "İctimai Palata" bu gün özünü doğrulda bilmədi".
A.Mirzəzadə vurğuladı ki, müxalifət "vahid namizəd" müəyyənləşdirə bilmir: "Həmçinin içərisində vaxt aşırı tanınmış müxalifət simaların istefa verməsi özü ona olan etimadın olmadığını göstərirdi. Mənə elə gəlir ki, prezident seçkiləri ərəfəsində də bu təşkilat mövcud olmayacaq. Daxili didişmələr və ittihamlar zaman-zaman yaradılan bu kimi müxtəlif təşkilatların taleyini yaşamalı olacaq. Bu gün "İctimai Palata" da neçə siyasi partiya varsa, o qədər də "İctimai Palata" var. Onlar hər biri "İctimai Palata"nın adından danışmağa çalışır. Məqsəd digərlərinin sosial bazasını ələ keçirməkdir. Burada cəmiyyətin əksəriyyətinin etimadını qazanmaqdan və qələbə çalmaqdan söhbət gedə bilməz".
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB