Azərbaycan öz yolundan dönməyəcək

Azərbaycan öz yolundan dönməyəcək

"Biz çox təəssüf edirik ki, Azərbaycan qarşı "Freedom House" belə bir qərəzli hesabat hazırlayıb. Biz elə hesab edirdik ki, son illər ölkəmizdə aparılan işlərə görə, Azərbaycana yüksək qiymət veriləcək. Amma təəssüflər olsun ki, biz hər şeyin əksini gördük. Bunu SİA-ya Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli deyib.

Onun sözlərinə görə, bu hesabat sanki Ermənistan tərəfindən hazırlanıb: "Ermənistan Cənubi Qafqazda sülhə təhlükədir. Bu dövlət bir milyondan artıq azərbaycanlının mülkiyyət hüququnu, yaşamaq hüququnu pozub. Lakin bu hesabatda Azərbaycanda 3-5 nəfərin mülkiyyət hüququnun pozulduğu əsas tutulur. Bakı şəhəri yeniləşir, müasirləşir, böyüyür. Bakıda son illər çox böyük beynəlxalq tədbirlər həyata keçirilir. Bununla belə ölkəmiz BMT Təhlükəsizlik şurasının qeyri-daimi üzvü seçilib. Bunların hər biri hesabatda əks olunmalı idi. Bununla belə hesabatda jurnalistlərin əfvi ilə bağlı heçnə qeyd olunmayıb".

E.Həsənli deyir ki, İslam dövlətləri arasından Azərbaycan və Türkiyə dünyada sülhə çox böyük töhvələr verib: "Azərbaycanın Şimali Koreya ilə eyni sıraya qoyulması yalnız Ermənistan dövlətinin hazırladığı hesabatdan çıxa bilər. Ölkəmizin iqtisadi gücü, ordumuzun qüvvətlənməsi və müasir silahlarla silahlanması Azərbaycanın nə qədər böyük qüdrətli dövlət olmasından xəbər verir. Onlar bilməlidir ki, bu təzyiqlər heç bir nəticə verməyəcək, Azərbaycan öz yolundan dönməyəcək əksinə regionda daha da güclənəcək".

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə