Prezident Heydər Əliyev Parkının açılışında iştirak etdi

Prezident İlham Əliyev Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak etdi
Prezident Heydər Əliyev Parkının açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Horadizdə Heydər Əliyev Parkının açılışında iştirak edib. SİA-nın məlumatına görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Prezidenti İlham Əliyevə Heydər Əliyev Parkında görülən tikinti işləri barədə məlumat verib. Bildirilib ki, park Heydər Əliyev prospektində yerləşir. Əbədiyaşar liderin adını daşıyan bu parkın tikintisinə 2011-ci ilin iyununda başlanılıb.

İnşaat işləri cari ilin sentyabrında başa çatdırılan parkın ərazisi 3,5 hektardır. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Ulu Öndərin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb. Burada ulu öndərin zəngin dövlətçilik irsinin gələcək nəsillərə çatdırılması üçün elektron kitabxana, ümummilli liderə aid sənədlərin saxlandığı xüsusi guşə də var.

Qeyd edək ki, dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə