Nazirin İstanbul səfəri

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında iştirak etmək üçün İstanbul şəhərinə səfər edəcək. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT-Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statusunun uzadılması üçün müraciətlərin, QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyətinin, "QDİƏT-in İqtisadi Gündəliyi: artan tərəfdaşlığa doğru" sənədindən irəli gələn tədbirlərin nəzərdən keçirilməsi və təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə