Aydın Hüseynov: “Freedom House”un siyasi sifariş yerinə yetirməsi açıq şəkildə görünür"

Aydın Hüseynov: “Freedom House”un siyasi sifariş yerinə yetirməsi açıq şəkildə görünür"

"Azərbaycan Respublikası cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, demokratik, hüquqi dövlət kimi özünü təsdiq edir. Lakin görünür dövlətimizin bu qədər inkişaf etməsi və yüksək nailiyyətlər qazanması anti-Azərbaycançı dairələrin maraqlarına uyğun gəlmir. bu səbəbdən də, müxtəlif vasitələrlə Azərbaycana təzyiqlər etməyə çalışırlar". SİA-nın verdiyi məlumata görə, bunu facebook səhifəsində YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspert Aydın Hüseynov yazıb.

Onun sözlərinə görə, "Freedom House"un siyasi sifariş yerinə yetirməsi açıq şəkildə görünür: "Necə olur ki, hər gün Qərbi və Mərkəzi Avropa ölkələrində sadəcə öz hüquqlarını müdafiə etməyə çalışanları atların ayaqları altına salırlar, itlərə yedirirlər, dəyənəklərlə ölümcül döyürlər, amma "Freedom House" bunu qeydə almır? Və ya Britaniyada hər kəsin gözü qarşısında hicablı bir qadının vəhşicəsinə döyülməsinə göz yummaq nə dərəcədə demokratikdir? Bu cür sualların sayını dəfələrlə artırmaq olar. Çünki, nə Qərb dünyası, nə də "Freedom House"a direktivlər verənlərin ölkələri ideal səviyyədə inkişaf etməyib və onların çox kobud səhvləri var. Düşünürəm ki, "Freedom House" daha çox anti-Azərbaycan mövqeyindən çıxış edərək, bu hesabatı hazırlayıb. Təkcə, Ermənistan və Gürcüstanla Azərbaycanı yan-yana qoymaq, hətta, onlara üstünlük verilməsi qeyri-obyektivliyin, qərəzliliyin bariz nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə