Biz Türkiyəyə hərtərəfli dəstək ola bilərik

Biz Türkiyəyə hərtərəfli dəstək ola bilərik

"Azərbaycanın sərhəd mühafizə sisteminin yaradılmasında çox böyük təcrübəsi var". SİA-nın xəbərinə görə, bunu Dövlət sərhəd ximdətinin (DSX) rəis müavini Fərhad Tağızadə Tükiyənin Azərbaycan təcrübəsindən istifadə etməsinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, ölkəmizdə DSX xidməti yeganə qurumdur ki, sərhəd təhlükəsizliyinə ( həm quru, həm dəniz, həm də sərhəd-buraxılış məntəqəsində) nəzarət edir və onun mühafizəsini həyata keçirir: "Azərbaycandan fərqli olaraq Türkiyədə bu funksiyaları bir neçə qurum ( Müdafiə Nazirliyinin quru qoşunları, Gömrük işçiləri, jandarm qüvvələri və s.) həyata keçirir. Əgər ehiyac olarsa biz də öz təcrübəmizdən Türkiyəyə hərtərəfli dəstək ola bilərik.

İran və Azərbaycan sərhədçiləri rasında birgə təlimlərin keçirilməsinə də münasibət bildirən rəis müavini deyib ki, İran tərəfi ilə məlumatlar mübadiləsi aparmaq və birgə razılaşdırılmış tədbirlərin keçirilməsinə hər an hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə