Seymur Orucov: "Qəbələ RLS turizimin inkişafına mənfi təsir göstərirdi"

Seymur Orucov: "Qəbələ RLS turizimin inkişafına mənfi təsir göstərirdi"

Bu gün Rusiya və Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir. Bunu SİA-ya açıqlamsında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya qonşu dövlətlərdir və Qəbələ RLS-inin bağlanması kimi məsələlər münasibətlərə mənfi təsir göstərə bilməz: "Ölkə prezidenti hər zaman çıxışlarında qeyd edir ki, biz beynəlxalq əlaqələrimizi dostluq və ikitərəfli münasibətlər çərçivəsində qururuq. Qəbələ RLS-inin fəaliyyətinin dayandırılmasına gəlincə isə Azərbaycan müstəqil dövlətdir və özünün daxili və xarici siaysəti var. Qəbələ RLS bizim şəxsi mülkiyyətimizdir. Bu əmlakın icarə haqqını artırmaq, azaltmaq məsələsi səlahiyyətlərimiz çərçivəsindədir. Hesab edirəm ki, Qəbələ RLS iqtisadi cəhətdən tərəflər razılıq əldə etmədiklərinə görə, dayandırılıb. Məntiqlə düşünəndə 7 milyon dollar böyük bir ərazinin icarəsi üçün az məbləğdir. Çünki Qəbələdə həmin ərazini turizm obyekti kimi istifadə etsək bu məbləğdən 20 dəfə çox gəlir götürə bilərik. Qəbələ RLS-in bu ərazidə yerləşməsi bizim turizm potensialımıza mənfi təsir göstərirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə