Qəbələ RLS-in fəaliyyətinin dayandırılmasına siyasi səbəblərlə əlaqədardır və burda heç bir hərbi və texniki səbəb yoxdur. Bunu SİA-ya açıqlamsında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin icarə haqqının 40 dəfəyə qədər qaldırılması səbəb kimi hallandırılsa da icarə haqqını danışıqlar yolu ilə azaltmaq olardı: "Təəssüf ki, Rusiya birdən-birə RLS-in fəaliyyətini dayandırdı. Rus poltoloqları bu məsələdə daha çox ABŞ-İran münasibətlərinə Rusiayanın üstünlüyünü qeyd edirdilər. Onların fikrincə, ABŞ İrana hücum etməyəcək və İranla bağlı problem olmadığına görə, bu məsələ gündəmdən çıxıb. Hesab edirəm ki, son 200 il ərzində yürütdüyü siyasəti gündəmdən çıxartması düzgün ehtimal deyil. Rusiyanın Azərbaycanla bağlı miqrasiya və diaspora məsələsində bu özünü aydın göstərdi. Bütün bunların hamısı təsadüf ola bilməz. Rusiya öz siyasətində Azərbaycanla bağlı dəyişikliklər edib. Bu dəyişikliklər çox təəssüf ki, əleyhimizədir. Daha doğrusu Azərbaycana siyasi təzyiqlər göstərmək üçün edilən dəyişiklilklərdir. Qəbələ RLS-də həmin həlqələrdən biridir. Qəbələ RLS-in bağlanması Azərbaycandan çox Rusiyaya ziyan verəcək. Baxmayarq ki, rus hərbi mütəxəsisləri və digər şəxslər bunu "Daryal" tipli Qəbələ RLS-in "Varonej" tipli RLS-lə əvəzlənə biləcəyini gündəmə gətirirlər. Krosonadarda (Armavir) yerləşən RLS bu funksiyanı yerinə yetirə bilməyəcək. Hesab edirəm ki, RLS-in bağlanması Azərbaycanın qələbəsi deyil. Azərbayacanın siyasi dairələri bunu məhz siyasi qələbəsi hesab edirlər. Amma bu siyasi qələbə deyil. Bunu Azərbaycan üçün ekoloji qələbə desək daha düzgün olar. Çünki siyasi qələbə o vaxt adlandırmaq olardı ki, Azərbaycan RLS-lə bağlı istədiyi şərtlər daxilində Rusiya Qəbələ RLS-in istismarını davam etdirərdi. Çox narahatverici məqamdır ki, Rusiya Qəbələ RLS-i tərk etməsindən sonra başqa bir formada Azərbaycana qayıda bilər".
Politoloq hesab edir ki, Rusiyanın Qəbələ RLS-i tərk etməsində ABŞ maraqları da mühüm əhəmiyyət kəsb edir: "ABŞ Qafqazada möhkəmlənmək üçün əvvəlcə RLS-i birgə istifadə təklif etdi. Sonra isə Azərbaycan hökumətini demokratiya adı altında təhdid etdi ki, Azərbaycan RLS-i icarəyə verməkdən imtina etsin. Həmçinin Azərbaycan-Rusiya münasibətlərinin kəskinləşməsi nəticəsində Azərbaycan Rusiyadan üz çevirəcək və birbaşa üz tutacaq. Ancaq Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasət balanslaşdırılıb. Azərbaycan elə böyük dövlət deyil ki, ABŞ və Rusiyanın öhdəsindən gələ bilsin. Ancaq elə də kiçik dövlət deyil ki, onlar tərəfindən əzilə və siyasi baxımdan Ermənistanın vəziyyətinə düşə bilsin. Hesab edirəm ki, hər iki ölkə Azərbaycan qarşı yürütdükləri siyasətlərini dəyişməlidirlər. Çünki Azərbaycan sülsevər ölkədir və öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Bu baxımdan Azərbyacan prezidentinin atdığı adddımlar xalqın maraqlarını ifadə edir. Bütün dünyada bu siyasəti dəstəkləyir".
C.Nuriyev bildirib ki, Qəbələ RLS-in fəaliyyətinin daynadırılmasında Rusiyanın Azərbaycanda hərbi erasının başa çatması barədə Türkiyə baş naziri Ərdoğanın rəmzi müraciəti ilə heç bir əlaqəsi yoxdur: "Türkiyənin elə də müasir texnologiyası yoxdur ki, Qəbələ RLS-i istismar etsin. Bu RLS-in istifadəsi Azərbaycana da sərf etmir. Çünki Azərbaycanın Hava Hücumundan Müdafiə Sistemi var. Bu RLS Azərbaycana lazımlı olsaydı ərazimiz hərbi poliqona çevrilə bilərdi. Bizim Rusiya və Türkiyə ilə strateji tərəfdaşlıq haqqında razılaşmamız var. Türkiyə bu baxımdan bizə daha yaxın olan ölkədir. Çünki Türkiyə Rusiyadan fərqli olaraq imperiya maraqlarına xidmət etmir".
Politoloq deyib ki, Qəbələ RLS-in bağlanmasından sonra Rusiyanın atacağı addım azərbaycanlılarla bağlı ola bilər: "Bu addımlar miqrasiyanın gücləndirilməsi və siyasi maraqlarımızı Rusiyada alverə çevirən Söyün Sadıqovların əli ilə edə bilərlər. Azərbaycan üçün ancaq bu addımlar atıla bilər. Rusiyada yaşayan soydasşlarımız ölkədən çıxartsalar belə bu Azərbaycan ciddi təsir göstərməyəcək. Ancaq Moskvada yaşayan, "sapı özümüzdən olan baltalar"ın təxribatı müəyyən problemlər yarada bilər. Bundan əlavə Rusiya ermənilərin əli ilə yeni təxribatlar törədə bilər. Belə təxribatlara qarşı Azərbaycan ordusu hər zaman hazırdır".
Qəbələ RLS-in bağlanmasından sonra necə istifadə olunmalı məsələsinə də toxunan politoloq hesab edir ki, Rusiya Qəbələ RLS-dən imtina etdiyinə görə sökülməlidir: "Azərbaycan vətəndaşları üçün təhdid ocağı olan Qəbələ RLS-i yenidən istifadə etmək üçün gərək yoxdur. Bu RLS Azərbaycanın ekologiyasına cox ciddi ziyan vururdu. Bu tikili həm Qəbələdə turizmin inkişafına xidmət edəcək, həm də ətrafda yerləşən rayonlarında təhlükəsizliyi təmin olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB