Rusiyanın mövcud potensialına uyğun olmayaraq həyata keçirdiyi siyasət və çoxşaxəli layihələrin həyata keçirilməsi istiqamətində atdığı absurd addımlar dünya dövlətlərini qıcıqlandırır. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.
O bildirib ki, ATƏT-in xarici işlər nazirlərinin Dublində keçirilən toplantısında ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın SSRİ-ni bərpa etmək istəyinə qarşı sərt münasibət göstərməsi təsadüfi deyil: "Hillari Klinton bu addımı ilə ABŞ-ın Rusiyanın bu iddialarını həyata keçirməsinə heç bir zaman imkan verməyəcəyini açıq bəyan etdi. Türkiyə də NATO-nun üzvü olan dövlətdir. Öz ərazilərini qorumaq Türkiyənin qanuni hüququdur. "Patriot" zenit-raket komplekslərinin Türkiyədə yerləşdirilməsi ilə bağlı Rusiya öz mövqeyini ortaya qoydu. Putinin Türkiyə səfərindən sonra xarici işlər naziri Sergey Lavrov açıqlamasında bildirmişdi ki, Türkiyə bunu müdafiə məqsədi ilə edir və Rusiyanın buna etirazı yoxdur. Əslində, bu geriyə çəkilmə addımı idi. Həmçinin Türkiyə də öz maraqlarını müdafiə edir. Rusiya beynəlxalq güc iddiası ortaya qoymağa çalışsa da, bu, belə deyil. Rusiya dünyada gedən proseslərə maksimal təsir imkanlarına malik deyil. Çünki Rusiyanın iqtisadiyyatı neftdən və qazdan asılıdır. Bir sözlə, Rusiya Avropadan asılı vəziyyətdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB