Sərt cərimələr qəbul olundu

Bu gün Milli Məclisdə Cinayət Məcəlləsdə, Mülki Məcəllə, İnzibati Prosessual Məcəlləsində, "Mühasibat uçotu"haqqında dəyişiklik edilməsi haqqında qanununun layihələrində dəyişikliklər edilməsi məsələləri müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, bu dəyişikliklər siyasi partiyalarla bağlıdır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, siyasi partiyada üzvlüyəməcbur edənlərin cəzalandırılması üçün Cinayət Məcəlləsinə 169.1 maddəsinin əlavə edilib.

Qanun layihəsində təklif olunan həmin maddədə siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətəazadlıqdan məhrumetmə cəzaları nəzərdə ttutulur. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsində siyasi partiyalar tərəfindən dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə müdaxilə edilməsinə, həmçinin xarici dövlətlərin siyasi partiyalarının, onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə, ləğv edilmiş siyasi partiyanın adından çıxış etməyə və ya fəaliyyət göstərməyə görə, yaxud onun fəaliyyətinin qanunsuz təşkilində iştirak etməyə görəfiziki şəxslər 750-1500 manat, vəzifəli şəxslər 1500-3000, hüquqi şəxslər 8000-15000 manat miqdarında cərimə ediləcək. Buəməlin təkrar törədilməsinə görə isə layihədə fiziki şəxslərin 1500-3000 manat, vəzifəli şəxslərin 3000-6000 manat, hüquqişəxslərin 15000-30000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.

"Mühasibat uçotu" haqqında qanuna təklif olunan dəytişikliklərə görə, siyasi partiyalar maliyyə hesabatlarını sadələşdirilmişmühasibat uçotunun aparılması qaydalarına uyğun tərtib etməlidir. Siyasi partiyalar illik maliyyə hesabatlarını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına verməlidir. Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə KİV-də dərc etdirməlidir.

Əli Hüseynli deyib ki, komitənin iclasında syiasi partiya qanunvericiliyinə təklif olunan dəyişiklər çərçivəsində "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə yenidən baxılması barədə təklif verilib. Qanunun 4.2-ci maddəsinə təklif olunan "dövlət orqanlarınla siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə və ictimai birliklərinin strukturlarının yaradılmasına yol verilmir" dəyişikliyinə yenidən baxılması haqqında qərar verilib: "Bunu qvanunvericilik təşəbbüsü subyekti ilə müzaikrə etdik və dəyişikliyin layihədən çıxarılmasına qərar verildi. Bundan başqa, siyasi partiyalar haqqında qanunvericiliyin pozulması ilə bağlı İnziati Xətalar Məcəlləsində təklif edilən 49-4.1 "dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə görə təklif olunan cərimə də ləğv olunub. Beləliklə, dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatları yerləşdirilə biləcək ".

Millət vəkili Qüdrət Həsənquliyev bəzi şəxslərin məqsədli şəkildə partiyaya daxil olub, sonradan zorla üzvlükdən çıxarıldığını iddia edə biləcəklərini söyləyib: "Ona görə də bu məsələyə yenidən baxmaq lazımdır".

Sənədlər səsverməyə çıxarılaraq əqbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə