"Rusiyanın Azərbayacandakı Qəbələ radiolokasiya stansiyasının icarəsini dayandırması qərarı ilk növbədə bu obyektin praktiki istifadəsinin zəruri olmaması ilə əlaqədardır. İndi köhnəlmiş RLS-ləri artıq "Voronej" tipli yeni nəsil stansiyalar əvəzləyir". "RİA" Novosti-nin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyindəki mənbə deyib.
Mənbənin məlumatına görə, əvəll Qəbələ RLS-in görülən işləri Krasnodar vilayətinin Armavir şəhərində yüksək zavod texnologiyası ilə hazırlanan yeni nəsil "Voronej-DM" raket hücumundan xəbərdarlıq sistemi üzərinə götürə bilər. O, qeyd edib ki, bu stansiyanın dövlət sınağı ilin axırına kimi yekunlaşacaq. "2013-cü ilin birinci kvarlatından bu obyekt hərbi növbəyə başlayacaq".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Qəbələ RLS-in istismarının rəsmən dayandırıldığına dair dünən Azərbaycana rəsmi nota təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB