Fransanın XİN başçısı Bakıya gələcək

Fransanın XİN başçısı Bakıya gələcək

Fransanın xarici işlər naziri Loran Fabius Azərbaycana səfər edəcək. SİA-nın məluamtına görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib.

Diplomat qeyd edib ki, səfər gələn ilin birinci yarısında həyata keçiriləcək. Hələlik səfərin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir. Gələn ilin Fransa-Azərbaycan münasibətlərinin inkişafı baxımından məhsuldar olacağını deyən diplomat bildirib ki, 2013-cü ildə, həmçinin Azərbaycan-Fransa Hökumətlərarası komissiyasının iclası keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə