Qanunsuz aksiya baş tutmadı

Bu gün İctimai Palatanın "Fəvvarələr" Meydanında icazəsiz etiraz aksiyası keçirmək cəhdinin qarşısı alınıb. SİA-nın verdiyi məlumata görə, piket qanunsuz olduğundan, polis aksiyanın qarşısını alıb.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl AXCP sədri Əli Kərimli partiyasının Rəyasət Heyətinin üzvləri və rayon təşkilatları sədrləri ilə birgə müşavirə keçirib və bildirib ki, İctimai Palatanın dekabrın 10-da Milli Məclisin qarşısında keçirməyi planlaşdırdığı aksiyada xüsusi əzmkarlıq nümayiş etdirilməlidir. Bu gün Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunduğuna görə, piketin polis tərəfindən dağıdılması xaricdə daha böyük rezonansa səbəb olacağından aksiya iştirakçıları polis əməkdaşları ilə daha çox qarşıdurmaya getməli, polisin qəddar rəftarı ilə bağlı xarici və yerli medianı zəruri faktlarla təmin etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə