İnsan haqlarının qiyməti kiminsə mitinq keçirməyindən və yaxud hansısa bir bəyanatı ilə ölçülmür. Burada söhbət başlıca olaraq real həyatda hər bir vətəndaşın demokratik konstitusiya ilə ona verilmiş hüquqlarından istifadə etməsindən gedir. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə radikal müxalifətin bu gün İnsan haqları günü ilə bağlı keçirmək istədiyi aksiyaya münasibət bildirərkən söyləyib.
Parlament üzvünün sözlərinə görə, bu gün Azərbaycan dünyaya açıq cəmiyyətdir və ölkə Konstitusiyasında təsbit olunduğu kimi vətəndaşların hüquq və azadlıqları təmin olunub: "Bununla belə inanlar sağlamlığı, təhlükəsizliyi qorunur. Bütün bunların hamısı reallıqdır. Amma buna baxmaraq Azərbaycanda "qaraguruh" deyilən müxalifət var. Onların başlıca məqsədi istənilən halda, imkan düşən kimi Azərbaycan haqqında mənfi fikir yaratmaqdan ibarətdir. Xarici qrantlar, xaricdən müəyyən dairələrin dəstəyi hesabına bu gün yaşayan, fəaliyyət göstərən qüvvələrin Azərbaycan ictimaiyyətində sosial bazası yoxdur".
A.Mirzəzadə deyib ki, radikal düşərgənin üzvləri keçirdikləri tədbirlərin hər birinə gənclərdən başqa heç kəsi cəlb edə bilmir: "Bununla da maraqlı bir mənzərə ortaya çıxır. Belə ki, gəncləri polislə toqquşmaya, qanunu pozmağa vadar edən Əli Kərimli və digər bu kimi insanların özləri otaqlarından çölə çıxmırlar. Bununla belə Azərbaycan siyasi mühitinin ab-havasını gənclərdən ibarət qrup həll etmir. Azərbaycan öz seçimini edib və öz yolu ilə gedir. 2012-ci ilə nisbətən 2013-cü ildə Azərbaycanın dövlət büdcəsi 3 milyard ABŞ dolları artararaq 25 milyard dollara çatıb. Hətta ölkəmiz vətəndaşların keçmiş Sovet əmanət banklarında qalan pullarını geri qaytarmaq imkanına sahib olub. Azərbaycan bu gün tək daxildə deyil, ölkədən kənarda da investisiya layihələri həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB