"Bu sahədə hələ də bəzi problemlər var..." AÇIQLAMA

"Bu sahədə hələ də bəzi problemlər var..." AÇIQLAMA

"Azərbaycanda İnsan haqları ilə bağlı norma konstitusiyada öz əksini tapıb. Bu normaların əkəriyyəti beynəlxalaq konvensiyalarda öz əksini tapan müddəalardır". Bunu SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, konvensiyaların əksəriyyəti Azərbaycan tərəfindən ratifikasiya olunub: "Bunula bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Dekabrın 27-də imzalanmış sərəncamla ombudsmana proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etmək tövsiyyə olunub. Bu sərəncam effektivliyin artırılmasına xidmət edir. Bu baxımdan bütün bu sənədlərin icrasına ciddi nəzarət olunur. Buna görə də bu sahədə problemlərin bir qismi aradan qaldırılıb".

Millət vəkilinin sözlərinə görə, bütün bunlara baxmayaraq, bu sahədə hələ də bəzi problemlər qalmaqdadır: "Bu problemlərin əksəriyyəti məhkəmə sistemi ilə bağlıdır. Hesab edirəm ki, məhkəmə sisteminin daha da təkmilləşməsinə ehtiyyac var. Məhkəmə sistemindəki problemlər aradan qaldırılsa, insanlar arasında inam hissi artacaq və məhkəmə qərarları tam şəkildə icra olunacaq".

İnsan haqları ilə bağlı bir çox xarici dövlət və təşkilatların Azərbaycana qarşı təzyiqi olduğunu deyən millət vəkili bildirdi ki, bunun üçün Azərbaycan bu məsələdə daha güclü mövqe nümayiş etdirməlidir: "Bunun üçün Azərbaycanın problemlərinin dünya səviyyəsində müzakirəsinə və obyektiv qərarların çıxarılmasına çalışmalıyıq. Dünya parlamentlərində Azərbaycanın haqlı mövqeyi və bu məsələlər daha çox gündəmə gətirilməlidir. Müxtəlif ölkələrdə Azərbaycanla bağlı tədbirlərin keçirilməsi daha intensiv hal almalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə