Gürcüstan köhnə dövrə qayıtmaq istəyir EKSKLÜZİV-AÇIQLAMA

Azərbaycan olmasa Gürcüstan iqtisadi cəhətdən mövcud ola bilməz
Gürcüstan köhnə dövrə qayıtmaq istəyir EKSKLÜZİV-AÇIQLAMA

Son zamanlar Gürcüstanda yaşayan soydaşlarımıza qarşı təzyiqlərin və evlərinə edilən basqınların sayı artıb. Artıq bir neçə dəfə belə faktlar qeydə alınıb. Ancaq Mixail Saakaşvilinin mütləq hakimiyyəti dönəmində azərbaycanlılara qarşı belə basqınlar baş vermirdi. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, belə halların baş verməməsinə səbəb Mixail Saakaşvilinin seçdiyi kadrların öz işlərinin öhdəsindən məsuliyyətlə gəlmələri idi. "Ancaq xalq öz seçimini edib. Onlar köhnə dövrə qayıtmaq istədilər. O dövr ki, oğurluq, özbaşnalıq baş alıb gedirdi. Bu oğurluq və basqınlar nəinki Gürcüstanda hətta qonşu ölkələrdə də baş verirdi. Gürcüstan kriminal dövlətə çevrilmişdi. Bdzina İvanaşvili isə özünün rus təfəkkürü və düşüncəsi ilə gürcü xalqına yenidən bu dəyərləri qazandırdı. Bunun arxasında həm kriminal ünsürlər dayanır, həm də bu azərbaycanlılara qarşı təsir metodudur. Bdzina İvanaşvilinin hakimiyyətə gəldiyi zaman verdiyi vədlərdən biri də azərbaycanlıların torpaq problemlərinin həlli ilə bağlı idi. Ancaq bu gün o verdiyi vədləri yerinə yetirə bilmir. Kriminal ünsürləridə stimullaşdırıblar ki, bu vədləri yerinə yetirə bilməməsinin qarşısı müəyyən qədər pərdələnsin".

Bu məsələdə Azərbaycanın görə biləcəyi heç bir iş olmadığını deyən siyasi şərhçi hesab edir ki, bu ölkədə yaşayan azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və onların hüquqlarının qorunmasıda Gürcüstan dövlətinin borcudur: "Azərbaycan öz üzərinə düşən öhdəlikləri hər birini yetərincə yerinə yetirir. Ümuməm Gürcüstan dövlətinin qarantı Azərbaycandır. Azərbaycan olmasa Gürcütan iqtisadi cəhətdən mövcud ola bilməz və yaşaya bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə