Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan gələn ilin əvvəlində yenidən görüşəcəklər. Xəbəri Ermənistan KİV-i yayıb. Xəbərdə deyilir ki, Dublində baş tutan ATƏT XİN şurasının toplantısında Minsk qrupu həmsədrləri ilə görüşən nazirlər növbəti dəfə Dağlıq Qarabağ problemini müzakirə edəcəklər. Görüşün harada keçiriləcəyi barədə isə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB