Bakıda ABŞ konqresində 20 il əvvəl qəbul edilən 907-ci maddənin hələ də qüvvədə qalmasına etiraz tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Sosial hüquqların monitorinq qrupunun koordinatoru Azad İsgəndərli bildirib ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilən "Azadlığa Dəstək" aktında Azərbaycanın dədə-baba torpaqları olan Dağlıq Qarabağ, o cümlədən ətrafındakı, Ermənistan tərəfindən işğal edilən 7 rayon işğalçı dövlətin torpaqları kimi göstərilib, işğalçı olaraq isə Azərbaycan tanınaraq, sözügedən akta ölkəmizə Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş edilib: "Sosial Hüquqların Monitorinq Qrupu olaraq ABŞ-ın Azərbaycana qarşı olan ikili münasibətlərinə son verməsini, DQ-dan, ümumilikdə 20 faiz işğal altında olan torpaqlarımızdan didərgin salınan bir milyondan artıq insanımızın haqqının tanınmasını tələb edirik. Bununla bərabər biz dövrün senatorları Con Makkeyn, Con Kerri və ABŞ-ın vitse-prezidenti Cozef Baydendən belə yanlış bir qərarın qəbul edilməsində göstərdikləri fəallıqdan dolayı rəsmi açıqlama vermələrini həm xahiş, həm də tələb edirik. Biz ABŞ prezidentindən xahiş edirik ki, adıçəkilən sənədin hüquqi qüvvəsinin dayandırılması ilə bağlı Konqres tərəfindən ona verilən səlahiyyətlərindən istifadə edərək haqqın, ədalətin bərqərar oması üçün müvafiq sənəd imzalasın".
Daha sonra Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı söz alaraq bununla əlaqədar olaraq ABŞ rəhbərliyinə müraciət olunmasını məqsədəuyğun sayıb. Qeyd olunub ki, ABŞ konqresində 20 il əvvəl qəbul edilən 907-ci maddənin hələ də qüvvədə qalmasının ölkəmizə elə də bir cidd təsiri yoxdur: "Burada ictimaiyyətinin də öz mövqeyi ortalığa qoyulmalıdır. Ən azından ABŞ höküməti özü bunu dərk etməlidir ki, Azərbaycan xalqı bu maddənin qüvvədə qalmasında necə narahatdır".
Sonra isə "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi"nin (CASCFEN) sədri Azər Həsrət, Qərbi Azərbaycana Qayıdış Birliyinin rəhbəri Rizvan Talıbov və digərləri çıxış edərək ABŞ atdığı bu addımı qanunazidd hərəkət kimi qələmə veriblər.
Qeyd edək ki, Azərbaycana yardım göstərilməsinin qadağan edilməsini özündə ehtiva edən 907-ci maddədə "Prezident Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqinin aradan qaldırılması üçün addımlar atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz fikri yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB