Beynəlxalq milad xeyriyyə yarmarkası keçirilib

Beynəlxalq milad xeyriyyə yarmarkası keçirilib

Litvanın Vilnüs şəhərinin mərkəzi Ratuşasında 10-cu yubiley Beynəlxalq milad xeyriyyə yarmarkası keçirilib. Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Litvada akkreditə olunan diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar iştirak edib. Xeyriyyə tədbiri Litvanın sabiq Prezidenti Valdas Adamkusun himayəsi altında Vilnüs Beynəlxalq Qadınlar Assosiasiyası tərəfindən təşkil edilib. Azərbaycan üçün ayrılan stenddə ölkəmizin mətbəx nümunələri və milli suvenirlər nümayiş olunub. Prezident Valdas Adamkus Azərbaycan stendinə baş çəkmişdir. Səfir Həsən Məmmədzadə ilə söhbət edən Valdas Adamkus, bu cür xeyriyyə tədbirində Azərbaycanın yüksək səviyyədə iştirakından dolayı məmnuniyyətini ifadə edib.

Tədbirdən əldə olunan vəsait ölkəmizin Səfirliyi tərəfindən təşkilatçılara ödənilib. Toplanan ümumi vəsait Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə